Albaniya Prezidenti: “Azərbaycan Avropanın enerji təchizatının təmin edilməsinə mühüm töhfə verir”

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

“Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsinin təmin edilməsinə mühüm töhfə verir”.

“Report” xəbər verir ki, bunu Albaniya Prezidenti İlir Meta IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

O bildirib ki, Trans Adriatik Boru Kəmərinin (TAP) genişləndirilməsinə ümidvarıq və bu, Avropaya qaz nəqlinin artırılmasına kömək edəcək.

İ.Metanın sözlərinə görə, bugünkü forum müasir dövrün mühüm məsələlərini, o cümlədən Ukraynadakı müharibəni, pandemiyanın nəticələrini, enerji təhlükəsizliyi məsələlərini müzakirə etməyə imkan verəcək.

“Ukraynadakı müharibənin 2023-cü ildə ərzaq qıtlığına səbəb olacağını gözləyirik. Üstəlik, enerji təhlükəsizliyi də təhdid altındadır. Odur ki, bütün bu məsələləri burada müzakirə etməyi planlaşdırırıq”, – deyə Albaniyanın dövlət başçısı vurğulayıb.

Oxu.az

Bu yazılara da göz atın...