Türkiyə “BÖYÜK SÜRPRİZ”ə hazırlaşır – Afina NARAHATDIR

by xeberleraz

Türklərə öz mühərriklərini hazırlamaq üçün 10-12 il vaxt lazımdır. Milli döyüş təyyarəsi hələ də istehsal mərhələsindədir, amma bizim “Rafale”lərimiz buradadır.

XEBERLERAZ.COM Axar.az-a istinadla xəbər verir ki, bu barədə Yunanıstan mediasında məlumat yayılıb.

“Türklərin təyyarəni 2023-cü ilin martında təqdim edib-etməyəcəyini görəcəyik. Çünki onlar indiyə qədər yalnız hissələr göstəriblər, bütöv olaraq təyyarəni təqdim etməyiblər”, – məlumatda bildirilib.

Yunan mediası TFX-nin istifadə edəcəyi mühərrik növünə görə dizayn ediləcəyini və Türkiyənin bu çərçivədə ABŞ ilə yanaşı müxtəlif ölkələrlə əlaqə saxladığını yazıb:

“Rusların və çinlilərin müxtəlif mühərrikləri var. Bunlar türk reaktivinə uyğunlaşdırıla bilər. Lakin siz reaktivi müəyyən bir mühərrik növünə görə dizayn edib, sonra başqa tipə keçmək istəsəniz, bu, mümkün deyil. Bu günə qədər F-16-nın mühərriklərindən istifadə edəcəkləri görünür. Bu mövzuda heç bir problem yoxdur, ehtiyatları var”.

TFX-nin 2023-cü ildə anqardan çıxarılmasının böyük sürpriz olacağını bildirən yunan mediası Türkiyənin yerli döyüş təyyarəsinin 2030-2032-ci illər arasında kütləvi istehsala keçəcəyini qeyd edib.

Bu yazılara da göz atın...