SON DƏQİQƏ: İlham Əliyev Rusiyaya GETDİ

by xeberleraz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 21-də Rusiya Federasiyasına rəsmi səfər gəlib.

XƏBƏƏRAZ.COM  xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı “Vnukovo-2” Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi, Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndirildi.

Bu yazılara da göz atın...