Home MANŞET Şəhid anası pensiyasını üç aydır ki, ala bilmir… – GİLEY

Şəhid anası pensiyasını üç aydır ki, ala bilmir… – GİLEY

by admin
6 views

KAİM.az xəbər verir ki, Vətən müharibəsi şəhidi Ceyhun Səfərovun anası Rəxşəndə Səfərova “Hürriyyət”ə müraciət edərək, üç aydır ki, əlilliyi ilə bağlı pensiya ala bilmədiyini deyir.

O, aidiyyatı qurumlara xəsətəliyi ilə bağlı sənədləri təqdim etməsinə baxmayaraq, hələ ki, əlillik təqaüdünü ala bilmir.

Rəxşəndə Səfərova anadangəlmə onurğa sütununun əyriliyi xəstəliyindən əziyyət çəkir və buna görə 2-ci qrup üzrə əlillik təqaüdü alır.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətiylə əlaqə saxlayan “Hürriyyət”-ə qurumun mətbuat katibi Gülnar Əzizova məsələylə bağlı araşdırma aparılacağını bildirib.

Bu yazılara da göz atın...