Rusiyanın NATO ilə müharibə olması halında vuracağı ilk hədəf BƏLLİ OLDU

by xeberleraz
ABŞ-ın Polşanın Redzikovo qəsəbəsində yerləşən məxfi obyekti Rusiya üçün ən birinici potensial hədəfə çevrilə bilər.
XƏBƏRLƏRAZ.COM xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Qəzetin informasiyasına əsasən, həmin obyektin 2022-ci ildə istismara verilməsi planlaşdırılır. Burada ABŞ-ın “Aegis Ashore” raket əleyhinə müdafiə sistemləri quraşdırılıb. Pentaqondan verilən məlumata əsasən, həmin müdafiə sistemlərinin əsas funksiyası Avropanı İrandan gələ biləcək təhlükələrdən qorumaqdır.
Lakin Kreml həmin sistemləri Rumıniyada fəaliyyət göstərən aviabazalardan belə daha təhlükəli obyekt hesab edirlər. Moskvada Polşadakı raketlərin İrandan gələ biləcək hücumlardan qoruyacağına inanan yoxdur. Xüsusilə Redzikovanın Rusiya sərhədlərindən 160 km uzaqlıqda yerləşməsi Rusiya üçün əlavə problem hesab olunur. (Musavat.com)

Bu yazılara da göz atın...