“Hücum” siqnalı VERİLDİ, “Dəmir Günbəz” işə salındı – İsraildə KRİTİK GƏLİŞMƏ

by xeberleraz

İsrailin şimal bölgəsində Livandan bir PUA-nın ölkə ərazisinə daxil olması səbəbiylə xəbərdarlıq sistemləri işə düşüb.

XƏBƏRLƏRAZ.COM Teleqraf.com-a istinadən xəbər verir ki,İsraildə baş verən kritik gəlişmə gözlərin bu ölkəyə çevrilməsinə səbəb olub.

İsrailin Cəlilə bölgəsində Livandan gəldiyi bildirilən PUA-nın ölkə ərazisinə daxil olması səbəbiylə xəbərdarlıq siqnalları çalınıb.

Mövzu ilə bağlı İsrail ordusundan açıqlama verilib.

Açıqlamaya görə, PUA-nın səmada görünməsindən dərhal sonra “Hücum” siqnalı verilib və “Dəmir Günbəz” sistemindən atəş açılıb.

İsrail ordusuna məxsus təyyarə və helikopterlərin bölgəyə göndərildiyi bildirilib.

Livan sərhədinə və Qolan təpələrinə yaxın olan bu bölgənin sakinləri partlayış səsləri eşitdiklərini deyiblər.

Bu yazılara da göz atın...