Home banner Ermənistanın altını üstünə ÇEVİRƏN NİTQ: İlham Əliyev BMT-dəki çıxışı ilə 30 illik həqiqətləri DÜNYAYA ÇATDIRDI

Ermənistanın altını üstünə ÇEVİRƏN NİTQ: İlham Əliyev BMT-dəki çıxışı ilə 30 illik həqiqətləri DÜNYAYA ÇATDIRDI

by xeberleraz
2090 views

“Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasında nitqini, bir cümlə ilə “Ermənistanın altını-üstünə çevirən” möhtəşəm diplomatik nitq adlandırmaq olar”.

Xeberleraz.com xəbər verir ki, bu açıqlamanı Metbuat.az-a görkəmli Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, millət vəkili Musa Qasımlı edib. Müsahibimiz bildirdi ki, BMT Baş Assambleyasında etdiyi çıxışı ilə Dövlət başçısı 30 illik gerçəkləri ustalıqla dünya birliyinin diqqətinə çatdırdı.

“Prezident, Ermənistanın işğalçılıq siyasətinin, nasist, terrorçu mahiyyətini açdı, onu müdafiə edənlərə xəbərdarlıq etdi. İlham Əliyev, Azəbaycanın dövlət siyasətini uğurla təqdim etdi. Prezidenti İlham Əliyev hərb meydanında olduğu kimi, BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrindəki parlaq nitqi ilə diplomatik-siyasi baxımdan da Ermənistanı sadəcə məhv elədi. Erməni ünsürü və Ermənistan mövcud olduğu bütün tarixdə heç bir zaman beynəlxalq aləmdə belə öldürücü diplomatik-siyasi zərbə almamışdı. İlham Əliyev münaqişənin keçmişdə qaldığını bildirərək, BMT qurumlarına vacib bir məsələ barəsində belə xəbərdarlıq etdi: “Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram”. Bu nitq Azərbaycan diplomatiya tarixinin parlaq səhifələrindən biridir” deyə Musa Qasımlı fikrini yekunlaşdırdı. ///Metbuat.az

Bu yazılara da göz atın...