Ermənistanın ərazi itkisi HƏLƏ QABAQDADIR – İrəvanın ikibaşlı bəyanatlarına Bakıdan SƏRT CAVAB

by xeberleraz

“Velosiped”i təzədən kəşf etməyə çalışan kapitulyant ölkə odla oynamağa davam edir; erməni rəsmiləri 10 noyabr sənədini yaxşı-yaxşı oxumalıdırlar…

Ermənistan rəhbərliyi kapitulyasiyadan sonra da sülh yolunu tapıb öz xalqını tərəqqi kursu ilə apara, ölkəsini ağır təcriddən çıxara bilmir. Ona görə ki, rifah “açarları”nı yenə bölgədə yox, çox uzaqlarda axtarır. Böyük güclərin əlində maşa olmaqdan imtina etmir. Regionda daimi sülh haqda təsəvvürü yanlış olaraq qalır. İddiaları imkanları ilə həmişəki kimi, uzlaşmır, tərs mütənasibdir və xüsusən də əsas qonşu dövlətlərə – Azərbaycan və Türkiyəyə münasibətdə.   

“Ermənistan Rusiya vasitəsilə bizə təkliflər göndərib, ilkin şərtlər irəli sürüb”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda srağagün macar həmkarı ilə birlikdə keçirdiyi brifinqdə söyləyib. Nazir bildirib ki, Bakı Ermənistanın sərhədlərin delimitasiyası və demarkasiyasına dair danışıqların başlaması üçün Rusiya vasitəsilə təqdim etdiyi təklifləri rədd edib.

“Biz hesab edirik ki, delimitasiya ilə bağlı beynəlxalq münasibətlərdə prosesin özü oturuşmuş prosesdir. Hesab edirik ki, bu prosesin başlanması üçün hansısa ”icadlara” və “kreativ” yanaşmalara ehtiyac yoxdur. Beynəlxalq sərhədlər tanınmalıdır”,- Bayramov vurğulayıb.

*****

Gerçəkdən də, beynəlxalq praktika belədir ki, öncə BMT səviyyəsində tanınmış ərazi bütövlüyü qarşılıqlı şəkildə tanınır, sonra isə sərhədlərin dəqiqləşməsi başlayır. Nəinki əksinə. Necə ki, postsovet ölkələrinin hamısı bu yolla gedib. Yəni, əgər “at arabanın arxasına bağlanarsa”, təbii ki, heç bir irəliləyiş olmayacaq! İrəvan isə məhz buna səy edir. Üstəlik, kapitulyasiya aktına imza atan ölkənin qalib ölkəyə qarşı ilkin şərtlər irəli sürməsi ikiqat absurddur.

“Beynəlxalq sərhədlər tanınmalıdır. Komissiyanın işinə başlanılmalıdır. 30 il ərzində digər qonşu ölkənin torpaqlarının 20 faizə yaxın bir hissəsini işğal altında saxlayan, bütün beynəlxalq hüquq norma və prinsiplərini pozan bir dövlətin artıq işğal faktına son qoyulandan sonra bu prosesin müəyyənləşdirilməsi üçün hansısa ilkin şərtlər irəli sürməsinə hesab edirik ki, nə siyasi, nə hüquqi, nə də mənəvi haqqı var. Ermənistan bunu nə qədər tez anlayarsa, hesab edirik ki, proses bir o qədər tez başlaya bilər”, – deyə Azərbaycan XİN başçısı tam haqlı olaraq vurğulayıb.

Russia Not to Blame if War Breaks Out, Lavrov Says - The Moscow Times

Sergey Lavrov

Xatırladaq ki, Ermənistanın Rusiya xarici işlər naziri Sergey Lavrov vasitəsilə Azərbaycana göndərdiyi yazılı təkliflərdən biri qoşunların sərhəddən “güzgü prinsipi” əsasında geri çəkilməsi ilə bağlı idi. Gözlənildiyi kimi, Bakı İrəvanın təklifini rədd edib. Artıq Ermənistan xarici işlər naziri Ararat Mirzoyan təsdiqləyib ki, Azərbaycan tərəfi həmin təklifləri qəbul etməyib. Hərçənd əlavə edib ki, “danışıqlar davam edir”, tərəflər bir-birlərinin mövqelərini öyrənirlər.

Lakin bu “mövqe öyrənmə” sonsuzadək davam edə, süni şəkildə uzadıla bilməz. Azərbaycan XİN başçısının cavabı bu xüsusda həm də o anlama gəlir ki, Ermənistan bizimlə şərt dilində danışmağı bir daha ağlından keçirməməlidir və gerçəkdən də, qonşu ölkələrlə, o sırada Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri qurmaq istəyirsə, təzədən “velosiped” kəşf eləməyə və ya hansısa yeni “oyun qaydaları” fikirləşib vaxt uzatmağa lüzum yox. Bundan ötrü yol, mexanizm, hüquqi əsaslar çoxdan məlum və ortada. Ermənistan da istisna olmayacaq. Əks halda, yəni yenə İrəvan  sülh sənədindən yayınacaqsa, növbəti müharibəni alacaq. Həm də daha dağıdıcı müharibəni…

Ararat Mirzoyan İranın yeni təyin olunmuş XİN rəhbərini təbrik edib

Ararat Mirzoyan

*****

Maraqlıdır ki, bu arada Ermənistanda prezidentliyə əsas namizəd, Paşinyana yaxın şəxslərdən sayılan Vahaqn Xaçatryan namizəd qismində ilk müsahibəsində deyib ki, Ermənistan öz qonşuları ilə sülh şəraitində yaşamalıdır. “Mən qonşularla mübahisə eləməyi, dalaşmağı təsəvvürümə gətirmirəm. Fikrimcə, qonşularla yalnız sülh şəraitində yaşamaq lazımdır”.

VİRTUAL AZƏRBAYCAN

 Vahaqn Xaçatryan

Xaçatryan həmçinin Ermənistanda müxalifətin “sülhə məcbur etmə” zərurəti ilə bağlı bəyanatlarını “köhnəlmiş tezis” adlandırıb. “Ermənistan vətəndaşları başa düşməlidirlər ki, sülh yeganə inkişaf və həyat yoludur. Məcburiyyətə gəlincə, heç kim məcburiyyət yolu ilə buna nail olmayacaq”, – deyə o bildirib.

O, habelə Ermənistanla Türkiyə arasında münasibətlərdə baş verən son proseslərə müsbət münasibət bəslədiyini deyib: “Çox müsbət, təbrik edirəm. Bunu davam etdirmək lazımdır”. Hərgah ardınca onu da bildirib ki, Türkiyə-Ermənistan münasibətlərinin bərpasına dair danışıqların heç bir ön şərt olmadan aparıldığına şübhə eləmir.

“Onların (Azərbaycan sərhəd qüvvələrinin – red.) hazırda yerləşdiyi ərazilər bizimdir. Və bu məsələ müzakirə olunandan və sonda onlarla razılığa gələndən sonra əminəm ki, onlar (Azərbaycan sərhəd qüvvələrinin – red.) orada olmayacaqlar, gedəcəklər”.

Bu sözləri də V.Xaçatryan söyləyib və necə deyərlər, beləcə o da “köhnə hava”ya girib. Çünki belə çıxır, hazırda Azərbaycan sərhədçilərinin postları Ermənistan ərazisindədir. Halbuki Azərbaycana heç də simpatiyası olmayan Rusiyada belə yaxşı bilirlər ki, sərhədlər dəqiqləşsə, Ermənistan bir az da geri çəkilməli olacaq. Yəni, kapitulyant ölkənin ərazi itkisi hələ qabaqdadır…

*****

Paşinyanın "3" planı - Şuşadakı yallını oynamağa qorxdu

Baş nazir Nikol Paşinyşan da növbəti dəfə ikibaşlı danışıb. Belə ki, hökumətin son iclasında öncə o, Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz  dəmir yolunun tikintisinə və açılmasına dair Azərbaycanla yeni praktiki anlaşmanın “yaxında olduğunu” bildirib. Erməni tərəfinin artıq dəmir yolunun Ermənistan hissəsinin tikintisinə dair praktiki məsələləri müzakirə etdiyini deyib. Lakin Rusiya baş nazirinin müavini Aleksey Overçuk və “Rusiya Dəmir Yolları” QSC-nin rəhbəri Oleq Belorezovun İrəvanda Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanla danışıqlar aparmasına toxunan Paşinyan ardınca deyib: “Biz üçtərəfli işçi qrupunun işinin ilk nəticələrini elan etməyə yaxınıq. Artıq razılıq əldə etmişik ki, dəmir yolunun hissələri keçdikləri ölkələrin qanunları əsasında fəaliyyət göstərəcək”.

Paşinyanın yadına salırıq: 10 noyabr kapitulyasiya sənədinin 9-ci bəndinə əsasən Zəngəzur dəhlizinə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti həyata keçirməlidir. Əgər onun iddia elədiyi kimi, bu dəhlizdə Ermənistan öz qayda-qanununu tətbiq edəcəksə, o zaman Azərbaycan Prezidenti İlham Əliyevin ötən il dekabrın 15-də Brüsseldə xəbərdarlıq elədiyi kimi, Azərbaycan da Laçın dəhlizində eyni yoxlama proseduraları həyata keçirəcək…

Bu yazılara da göz atın...