Home banner Ali məhkəmə qərarını rədd edən QURUM – “Azərişıq” ASC vətəndaşın “İŞIĞINI SÖNDÜRÜR”

Ali məhkəmə qərarını rədd edən QURUM – “Azərişıq” ASC vətəndaşın “İŞIĞINI SÖNDÜRÜR”

by admin
27 views

Son aylarda mətbuatda “Azərişıq” ASC barəsində dərc edilən şikayət ərizələrinin sayı-hesabı yoxdur. Vətəndaşların narazılığı, ağır ittihamlar səngimək bilməsə də, qurumun səmərəsiz xidməti davam etməkdədir. Gəlişmələr onu göstərir ki, ya ölkədə fəaliyyət göstərən ikinci bir “Azərişıq” ASC var və yazılanlar o quruma aiddir, ya da bizim “Azərişıq” ASC “gözünü və qulaqlarını bağlayıb öz bildiyini oxuyur.”

Diqqətdən kənar qalan bir çox qəsəbələrin və kəndlərin əhalisinin işıq xidməti ilə bağlı şikayətlərinimi yazsaq, yoxsa qurum daxilində xalqa xidmət üçün əməyini əsirgəməyən bəzi sadə işçi personajlarına edilən haqsızlıqlarımı?

Hamısını yazıb işıqlandıracağıq. Baxmayaq ki, bu günə qədər yazdıqlarımıza qurum tərəfindən adekvat tədbir görülməyib və vətəndaş şikayəti təmin olunmayıb…

İndi isə məlum qurumla bağlı KAİM.az redaksiyasına daxil olan şikayət ərizəsini TƏQDİM EDİRİK:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Yardımlı rayon Zevin kənd sakini, hal-hazırda Xırdalan şəhəri, 27-ci məhəllə, bina 7, mənzil 38 ünvanında yaşayan Bəgəliyev Maqsud Əlisahib oğlu tərəfindən

ŞİKAYƏT ƏRİZƏSİ

Hörmətli prezident, məlumat üçün bildirirəm ki, 2017-ci ildə Yardımlı rayonunda Elektrik şəbəkəsində nəzarətçi-mühəndis vəzifəsində çalışırdım.

2017-ci ildə işdə olarkən istehsalat qəzasına düçar olmuşam. Onunla əlaqədar olaraq, 2017-ci ildə mənə II qrup əlillik dərəcəsi vermişlər. Mən 1 il 7 ay müalicə olunduqdan sonra verilmiş ümumi əlillik dərəcəsi ilə razılaşmayaraq məhkəməyə müraciət etmişəm ki, mənim istehsalat qəzası ilə əlillik dərəcəmin müəyyən olunmaması haqqında məsələni müzakirə edib qərarlaşdırsınlar.

Qeyd edim ki, məhkəmə mənim müraciətimə baxıb düzgün qərar vermişdir.

Ali məhkəmənin qərarından sonra iz aktını almışam.

Eyni zamanda “Azərişıq”a da yazılı müraciət etmişəm ki, istehsalat qəzası ilə əlaqədar sorğunu da verəsiniz. Lakin mən həmin sorğunu onlardan ala bilmirəm. Deyirlər ki, “biz sorğu vermirik, ged nə bilirsən, et.”

Mənə maraqlıdır ki, Ali məhkəmənin qərarını hər hansı idarə və müəssisə rədd edə bilərmi?

Maraqlıdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fevral ayının 9-da şöbə müdiri Sabir Qocayevlə onlayn formada görüşüm zamanı Sabir Qocayev mənə dedi ki, məhkəmənin qərarını heç kim rədd edə bilməz. Hətta mənə ərizə də yazdırdı.

Mən bir ay sonra ərizəmin cavabını almaq üçün Sabir müəllimin işlədiyi yerə getdim. Lakin məni qəbul etmədilər. Cənab Qocayevin katibəsi Xədicə xanım telefonla dedi ki, biz rəsmi cavab vermirik. Belə bir ifadə də işlətdi ki, “Əlindən gələni beş qaba çək, nə bilirsən et.”

Mən başa düşmürəm ki, niyə təhqirə, təzyiqə məruz qalmışam?

Hansı ki, çox ağır travma almışam. Travmanın təsirindən gözlərim də yaxşı görmür. Axı mən Azərbaycan vətəndaşına xidmət etdiyim zaman qəzaya düçar olmuşam.

Bu barədə müxtəlif mətbuat orqanlarına da müraciət etmişəm. “Azərişıq”ın keçmiş mətbuat xidmətinin rəhbəri Tanrıverdi Müsrafayev onun haqqında həqiqətləri əks etdirən məqalənin işıq üzü görməməsinə rüşvət sayəsində nail olub.

Hər yerdən əlimi çəkib ARB kanalına müraciət etdim. ARB kanalının əməkdaşı Afət xanım mənə köməklik etdi və ayağımı kəsmədilər.

Onu da qeyd edim ki, sonradan mənə məlum oldu ki, mən müalicə alarkən 1 il 7 ay mənim adım işdə qanunsuz gedib və adıma əmək haqqı yazılaraq bu vəsait mənimsənilib. Məbləğ 3640 (üç min altı yüz qırx) manat təşkil edir.

Hörmətli prezident, son ümid yeri olaraq mənə qarşı edilən məmur haqsızlığına son qoyulması üçün kömək etməyinizi xahiş edirəm.

Əvvəcədən sizə öz minnətdarlığımı bildirirəm.

Əlaqə: (050) 410 58 06″

Qarşı tərəfin mövqeyini dinləməyə və KAİM.az-da dərc etməyə hazırıq.

Bu yazılara da göz atın...