Home İDMAN Şəhid Niyamin Niftalızadənin məzarına azarkeşlik etdiyi Türkiyə klubunun forması qoyuldu – FOTO – VİDEO

Şəhid Niyamin Niftalızadənin məzarına azarkeşlik etdiyi Türkiyə klubunun forması qoyuldu – FOTO – VİDEO

by admin
22 views

Türkiyənin “Fənərbaxça” futbol klubunun forması İkinci Qarabağ müharibəsi iştirakçısı şəhid Niyamin Niftalızadənin məzarı üzərinə qoyulub.

Bu barədə klubun rəsmi internet səhifəsində məlumat dərc olunub.

Bildirilib ki, Azərbaycan və Ermənistan arasında baş vermiş müharibədə şəhid olan Niyamin Niftalızadənin məzarına “Fənərbaxça” forması və sarı-mavi buketlər qoyulub.

“Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda şəhid olan Niyamin Niftalızadəyə Allahdan rəhmət, yaxınlarına və Azərbaycan xalqına başsağlığı diləyirik”, – deyə məlumatda qeyd edilib.

yenilider.info

 

Bu yazılara da göz atın...