Home İDMAN QALMAQAL: Azərbaycan millisi Avropa çempionatından qovuldu – VİDEO

QALMAQAL: Azərbaycan millisi Avropa çempionatından qovuldu – VİDEO

by admin
10 views

Azərbaycan millisi Kiprin Limassol şəhərində keçirilən sambo üzrə Avropa çempionatından qovulub.

KAİM.az xəbər verir ki, Emil Həsənovun finalda Rusiya samboçusu ilə görüşdə ağrıdıcı fəndlə uduzması azərbaycanlı məşqçilərin xoşuna gəlməyib.

Onlar bunun qərəzli şəkildə edildiyini bildirib və etirazlarını sərt şəkildə çatdırıblar. Bu səbəbdən də təşkilatçılar Azərbaycan komandasının yarışdan uzaqlaşdırılması barədə qərar çıxarıb.

Komandanın qazandığı nəticələr isə silinib.

mənbə: Oxu.az

 

Bu yazılara da göz atın...