Home İDMAN Güləşçimiz Zaur Əliyev Avropa çempionu oldu

Güləşçimiz Zaur Əliyev Avropa çempionu oldu

by admin
4 views

Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

KAİM.az bildirir ki, beşinci yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Mübarizəyə 1/4 finaldan qoşulan Zaur Əliyev Rumıniyadan olan rəqibinə gücünü göstərərək yarımfinala yüksəlib. Rusiya pəhləvanıyla ağır mübarizə şəraitində keçən qarşılaşmadan da qalib ayrılan Əliyev adını finala yazdırıb. Zaur həlledici görüşdə Türkiyə təmsilçisiylə üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmada əzmkar qələbə qazanan həmyerlimiz Avropa çempionu olub.

Bu yazılara da göz atın...