Home İDMAN “Çelsi” Çempionlar Liqasının qalibi oldu – VİDEO

“Çelsi” Çempionlar Liqasının qalibi oldu – VİDEO

by admin
8 views

Futbol üzrə UEFA Çempionlar Liqasında 2020/21 mövsümünün qalibi müəyyənləşib.

KAİM.az xəbər verir ki, həlledici matçda İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları üz-üzə gəlib.

Portuqaliyanın Portu şəhərindəki “Draqao” stadionunda keçirilən qarşılaşmanın taleyini bir qol həll edib. “Çelsi”nin futbolçusu Havertsin 42-ci dəqiqədə vurduğu qol London təmsilçisinə 1:0 hesablı qələbə qazandırıb.

Bununla da “zadəganlar” Çempionlar Liqasının qalibi olub.

Bu yazılara da göz atın...