“Barselona” iki qolluq üstünlüyü əldən versə də, qələbə qazana bildi – VİDEO

by xeberleraz

İspaniya La Liqasında XVIII tur davam edir.

Xeberleraz.com xəbər verir ki, turun maraqlı oyunlarından biri Kataloniyada baş tutub.

“Barselona” öz meydanında “Elçe” ilə qarşılaşıb.

Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşmada azarkeşlər beş qola şahidlik ediblər.

Xavi Hernandesin komandası iki top fərqi ilə önə keçsə də qonaqlar iki dəqiqəyə vurduqları iki qolla bərabərliyi əldə edə biliblər.

Bununla belə, sona beş dəqiqə qalmış qələbə qolunu vuran “Barselona” yekunda üç xalı bayram edən tərəf olub.

Matçın qollarını təqdim edirik:

Bu yazılara da göz atın...