Home KRİM - XRONİKA TƏCİLİ! Azərbaycanlı mer ermənilər tərəfindən AMANSIZCA QƏTLƏ YETİRİLİB – QATİLLƏR QAÇDI

TƏCİLİ! Azərbaycanlı mer ermənilər tərəfindən AMANSIZCA QƏTLƏ YETİRİLİB – QATİLLƏR QAÇDI

by admin
23 views

2014-cü ildə yaşadığı evin qarşısında qətlə yetirilən Ukraynanın Kremençuk şəhərinin meri Oleq Babayevin qatilləri bu günə qədər həbs olunmayıb.

KAİM.az “Journalist News”-a istinadla xəbər verir ki, cinayət işi üzrə şübəhli şəxs qismində belə olsun saxlanılan yoxdur. Uzun illərdir qatil və ya qatillərin kimliyi ilə bağlı qızğın müzakirələr getsə də, rəsmi qurumlar dəqiq versiya üzərində dayanmadılar. Hətta bir il sonra həmin dövrdə Ukrayna daxili işlər nazirinin müşaviri olmuş Anton Geraşenko “Babayev yəqin ki mane olduğu şəxslərin qəzbinə tuş gəlib” kimi açıqlama verərək eyham vursa da, sonradan şübhəli şəxs və ya şəxslərin kimliyi ilə bağlı tam açıqlama verilmədi.

Bu səs-küylü qətillə bağlı əldə edilən bəzi məlumatlara görə, mer olması ilə yanaşı həmin dövrdə Ukraynada iri səhmlərə malik olan Oleq Bayayev həmin vaxt rəhbəri olduğu şəhərin yerləşdiyi Poltava vilayətində iki neft emalı zavoduna görə qətlə yetirilib.

Məlumatda iddia edilir ki, azərbaycanlı Babayevi həmin ərazidə iri şəbəkəyə malik, həmin il Ukraynaya yeni daxili işlər naziri təyin olunmuş, erməni əsilli Arsen Avakova sığınan qüvvələr aradan götürüb. Çünki onun ölümündən sonra həmin zavodlar məhz avtomatik olaraq o qüvvələrin ixtiyarına keçib. Qəribə orasıdır ki, həmin şəbəkə və onların yaxınları Babayevin ölümündən sonra onun varisi olan qızına təsir edərək, Kremençukda iri bazarı, fabrikləri və digər müəssisələri də ucuz qiymətə satın alıblar.

Qeyd edək ki, Oleq Mərdan oğlu Babayev 1965-ci ildə Kursk vilayətində azərbaycanlı ailəsində anadan olub. Onun atası Mərdan Babayev Azərbaycanın Şəmkir rayonunda doğulub sonradan Rusiyaya, oradan isə Ukraynaya köçüb. Oleq isə, gənc yaşlarından aktiv biznesə, sonra isə siyasətə keçid edib. O, Ukrayna Ali Radasının VI çağırış xalq deputatı, “Vorskla” (Poltava) futbol klubunun prezidenti, 2010-2014-cü illərdə isə Kremençuk şəhərinin meri olub. Babayev qısa müddətdə Ukraynada biznes elitasında iri səhmlərə sahib olub.

KAİM.az

Bu yazılara da göz atın...