Home KRİM - XRONİKA Bakıda 7 yaşlı uşaq qardaşını avtomobillə vurub öldürdü

Bakıda 7 yaşlı uşaq qardaşını avtomobillə vurub öldürdü

by admin
1 views

Binəqədi rayonunun Binəqədi qəsəbəsində faciəli hadisə baş verib.

KAİM.az xəbər verir ki, 2014-cü il təvəllüdlü N.Valehov nəzarətsiz qalaraq yaşadıqları evin həyətində atasının avtomobilini işə salaraq arxaya hərəkət etdirib.

Bu zaman maşının arxasında dayanan 2013-cü il təvəllüdlü qardaşı nəqliyyat vasitəsinin təkərləri altında qalıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu yazılara da göz atın...