Home GÜNDƏM SON DƏQİQƏ! Xankəndidə erməni terrorçular hazırlayan hərbi məktəb MƏHV EDİLDİ

SON DƏQİQƏ! Xankəndidə erməni terrorçular hazırlayan hərbi məktəb MƏHV EDİLDİ

by admin
18 views

Azərbaycan Ordusunun 44 günlük müharibədə inamlı qələbəsindən sonra Qarabağda yerləşdirilmiş işğalçı ordu tamamilə darmadağın edildi.

KAİM.az xəbər verir ki, Xankəndidə yerləşən və separatçı qüvvələr üçün zabit hazırlayan yeganə hərbi təmayüllü lisey bağlanıb.

Xristofor İvanyanın adını daşıyan hərbi məktəb Rusiyadakı Suvorov adına hərbi məktəblərin analoqu idi. Hərbçi olmaq istəyən yeniyetmələr bu liseydə 11-ci sinfə qədər oxuduqdan sonra Ermənistan və Rusiyanın ali hərbi məktəblərinə daxil olurdu.

2020-ci ilin sentybarında liseydə 78 nəfər təhsil alırdı. Xristofor İvanyan adına lisey 2001-ci ilfdə yaradılıb. Lisey uzun illər Qarabağdakı separatçı rejimin qanunsuz hərbi birləşmələri üçün zabit heyəti formalaşdırmaq üçün əsas mərkəz rolunu oynayıb.

Sülhməramlıların nəzarət etdiyi ərazidə yeganə hərbi təmayüllü təhsil müəssisəsinin bağlanması bölgədə qanunsuz hərbi birləşmələrin sayının kəskin azaldılması və yaxın gələcəkdə ləğvinə hazırlıq prosesindən xəbər verir. / modern.az

Bu yazılara da göz atın...