Home GÜNDƏM Qarabağdakı rus sülhməramlıların komandanı yenə dəyişir – Nə baş verir?

Qarabağdakı rus sülhməramlıların komandanı yenə dəyişir – Nə baş verir?

by xeberleraz
223 views

Qarabağdakı rusiyalı sülhməramlıların komandanı yenidən dəyişir.

Xeberleraz.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Bildirilir ki, Mixail Kosobokovun yerinə Gennadi Vladimiroviç Anaşkin gətirilir. General-leytenant Anaşkinin rəsmi təyinatı sabah elan ediləcək.

Gennadi Anaşkin 1968-ci ildə Samarada anadan olub. Ayrı-ayrı vaxtlarda Almaniya, keçmiş Yuqoslaviya, Bosniya və Hersoqovina, Çeçenistanda xidmət edib.

Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin ilk komandiri Rüstəm Muradov olub və onun missiyası sentyabrın 6-da başa çatıb. Muradovun yerinə general-mayor Mixail Kosobokov təyin olunmuşdu. //milli.az

Bu yazılara da göz atın...