Home GÜNDƏM Polislər toyun ictimailəşməməsi üçün vətəndaşdan 3000 manat tələb edib? – AÇIQLAMA

Polislər toyun ictimailəşməməsi üçün vətəndaşdan 3000 manat tələb edib? – AÇIQLAMA

by admin
2 views

Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının rayon sakinlərindən 3 000 manat tələb etməsi ilə bağlı iddia yer alıb.

Sosial şəbəkə də yayılan məlumatda bildirilib ki, Göyçayın Məlikkənd kəndi ərazisində açıq havada övladı üçün toy edən şəxslər saxlanılıb. İddiaya görə yığıncaq sahibindən Göyçay RPŞ-nin əməkdaşları üç min manat tələb edib, məbləğin ödənilməyəcəyi təqdirdə təşkilatçıların şəkillərinin çəkiləcəyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) “Facebook” səhifəsində paylaşılacağı deyilib.

KAİM.az-ın xəbərinə görə, məsələ barədə Daxili İşlər Nazirliyi ilə Oxu.az əlaqə saxlayıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, sosial şəbəkələrdə Göyçay rayonu Məlikkənd kəndi ərazisində toy mərasimi təşkil edən şəxslərdən pul tələb edilməsi barədə səsləndirilən iddialar qərəzlidir və böhtan xarakterlidir:

“Mayın 22-də kənd ərazisində yerləşən fərdi yaşayış evində təşkil edilən toy mərasimi ilə əlaqədar polis əməkdaşları həmin ünvana baxış keçirib və xüsusi karantin rejimi qaydalarının pozulduğunu aşkar ediblər.

Orada olan şəxslərlə profilaktik söhbətlər aparılıb, karantin qaydaları bir daha onların diqqətinə çatdırılıb. Məclisi təşkil edən şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb”.

Bu yazılara da göz atın...