Home GÜNDƏM Müxalifət lideri Paşinyan həbs edildi: Ermənistan yenidən alovlandı – SON DƏQİQƏ – CANLI YAYIM

Müxalifət lideri Paşinyan həbs edildi: Ermənistan yenidən alovlandı – SON DƏQİQƏ – CANLI YAYIM

by admin
11 views

Ermənistan polisi müxalifət lideri Nikol Paşinyanı saxlayıb. Publika.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.

Etiraz yürüşü polis tərəfindən Yerevanın Erebuni rayonunda dayandırılıb. Polis etirazçıları mühasirəyə alıb, bir neçə asayiş keşikçisi kütlədən Paşinyanı çıxarıb, zorla məntəqəyə aparıb. Paşinyandan sonra aksiyalara başçılıq edən Mikayılyan da saxlanılıb. Hadisə yerinə təcili tibbi yardım maşınları gəlib.

Xatırladaq ki, bu gün Ermənistanın yeni baş naziri Serj Sarkisyan Nikol Paşinyanla görüşü yarımçıq tərk etmişdi. O, baş verənlərə görə məsuliyyətin Nikol Paşinyanyanın üzərində qalacağını söyləmişdi. Yerli ekspertlər, bildiriblər ki, Nikol Paşinyanın saxlanılması hadisələri yeni mərhələyə daşıyacaq.

Bu yazılara da göz atın...