Home banner “Müharibədəki qələbəmizi, Türkiyə ilə qardaşlıq əlaqələrimizi həzm edə bilməyənlər…”

“Müharibədəki qələbəmizi, Türkiyə ilə qardaşlıq əlaqələrimizi həzm edə bilməyənlər…”

by admin
2 views
“Azərbaycanın Yunanıstana 10 xal verməsini pisləyirəm. Cənab Prezident Yunanıstan səfirini qəbul edərkən öz mövqeyini ortaya qoyub. Bu münsiflər Yunanıstana niyə belə doğma münasibət bəsləyirlər?”
Xəbər verdiyimiz kimi, “Avroviziya-2021” mahnı müsabiqəsinin dünən final mərhələsi keçirildi. Final çıxışından sonra səsvermədə Azərbaycan münsifləri Rusiyaya 12, Yunanıstana 10, Moldovaya isə 8 xal verdi.
Azərbaycanın Yunanıstana 10 xal verməsi ölkəmizdə birmənalı qarşılanmayıb.  Çünki bizim 10 xal verdiyimiz ifa ilk beşliyə belə düşə bilmədi. Bundan başqa, Yunanıstanın bizə, bizim də bu ölkəyə münasibətimiz bəllidir.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, bizim ölkəmizin daxilində həmişə Azərbaycana xəyanət edən qüvvələr olub: “Vətən müharibəsindəki qələbəmizi öz içimizdə belə həzm edə bilməyən insanlar var. Odur ki, “Avroviziya” mahnı müsabiqəsində Azərbaycan münsiflər heyəti Rusiyaya 12, Yunanıstana 10 xal verdi.  Belə məsələlərdə millətin qınağı lazımdır.
Təəssüf ki, bu gün istər hakimiyyətdə daxilində olan bəzi qüvvələr, istərsə də xaricdəki diplomatlar, diaspor nümayəndələri bizim tarixi qələbəmizi qəbul edə bilmirlər. Düşünürəm ki, Azərbaycanda bu mövqedə olanlar çox ləyaqətsiz insanlardır. Biz bu qələbəni Ali Baş Komandanımızın cəsarətli addımları hesabına, şəhidlərimizin qanı bahasına əldə etmişik”.
Hafiz Hacıyevin sözlərinə görə, bizim daxilimizdə qardaş Türkiyəni istəməyən qüvvələr də var: “Rusiyanın 5-ci kalonu hələ də təmizlənməyib. Biz belə məsələlərə laqeyd münasibət göstərməməliyik. Onlar bilməlidir ki, hər addımları ictimaiyyət tərəfindən nəzarətdədir.   Azərbaycanın Yunanıstana 10 xal verməsini pisləyirəm. Əvvəla cənab Prezident Yunanıstan səfirini qəbul edərkən öz mövqeyini ortaya qoyub. Bu münsiflər Yunanıstana niyə belə doğma münasibət bəsləyirlər? Müsabiqənin yekunları da göstərdi ki, Yunanıstanın ifası heç o qədər güclü ifa deyilmiş. Yunanıstan müsabiqədə 10-cu yerə çıxdı. Olmazdımı ki, ən yüksək xalımızı bizi bütün istiqamətlərdə dəstəkləyən, müsabiqədə isə birinci yerə çıxan İtaliyaya verək? Yunanıstanın bizə etdiyi pisliklər bizim nə tez yadımızdan çıxd? Biz unutqan olmamalıyıq. Mən münsiflər heyəti üzvlərinin kimin nəyi olduğunu bilmirəm. Bəzi qüvvələr bizim Türkiyə ilə olan münasibətlərimizi korlamaq istəyirlər. Ancaq buna heç vaxt nail ola bilməyəcəklər. Mən bunu pisləyirəm, münsiflər heyətinin üzvlərinə ar olsun deyirəm”.

Bu yazılara da göz atın...