Home GÜNDƏM İnkişaf edən İran-Ermənistan əlaqələri və Cavad Zərifin Bakı səfəri

İnkişaf edən İran-Ermənistan əlaqələri və Cavad Zərifin Bakı səfəri

by admin
6 views
İran Ermənistan münasibətlərində son günlər xüsusi dinamika açıq hiss olunur. Erməni mətbuatı bu münasibətləri xüsusi canfəşanlıqla işıqlandırır və Azərbaycanın bu münasibətlərdən narahatlıq keçirdiyini əsaslı və əsassız şəkildə qabartamağa çalışır. Məsələn, yalnız bugünkü diplomatik əlaqələrin erməni mətbuatındakı xronologiyasına baxaq: 
-İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslami Ermənistanda səfərdədir. Bu barədə Ermənistan hökumətinin saytında məlumat verilib. Eslaminin səfərinin 25 maya qədər davam edəcəyi qeyd edilib.
-İran Xarici İşlər nazirinin regional turu çərçivəsində Ermənistan və İran Xarici İşlər nazirləri Ara Ayvazyan və Cavad Zərifin görüşü olacaq. Bu, İran XİN rəhbərinin 2021 ildə İrəvana ikinci səfəridir.
-Bu gün – 24 mayda Ermənistan Xarici İşlər naziri vəzifəsini icra edən Ara Ayvazyan İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Abbas Bədəxşan Zohurini qəbul edib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Media və İctimai Diplomatiya Departamentindən “Armenpress”ə məlumat verilib.
İran yük maşınlarının Laçın dəhlizindən keçib Azərbaycan ərazilərinə daxil olması, İran generallarının Zəngəzur ətrafında baş verənlərdən qayğılanıb İrəvana hərbi yardım təklif etməsi, İran parlamentinin təhlükəsizlik məsələləri üzrə sədri Moctaba Zonurinin “Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir” bəyanatı, onsuz da yaxşı olmayan Azərbaycan-İran münasibətlərini bir qədər də tündləşdirib. Görünür Cavad Zərifin sabah Azərbaycana səfəri də baş verən proseslərə bir aydınlıq gətirmək məqsədi güdür. Səfərin münasibətlərdə xüsusi müsbət dəyişiklik yaradacağı ehtimalı az olsa da, nəticələrini gözləyək.

Bu yazılara da göz atın...