Aİ-dən Rusiyaya BÖYÜK ZƏRBƏ: Yaxın günlərdə…

by xeberleraz

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel Aİ-nin Rusiyaya qarşı sanksiyalar üzərində işi başa çatdırdığını bildirib.

XƏBƏRLƏRAZ.COM Publika.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Sanksiyalar üzərində iş başa çatıb, onlar hazırdır. Kritik vəziyyətdə mən xarici işlər nazirlərinin fövqəladə iclasını çağıracağam və orada sanksiyaların təqdim olunacağı gözlənilir” – C.Borel qeyd edib.

Bundan əvvəl Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen iqtisadi sanksiyaların Rusiyaya qarşı ən güclü təsir vasitəsi olduğunu bildirmişdi. Onun sözlərinə görə, sanksiyalar Rusiyanın Aİ, ABŞ, Kanada və Böyük Britaniyada formalaşan iqtisadiyyatı modernləşdirmək və diversifikasiya etmək üçün ehtiyac duyduğu bütün mallara təsir edə bilər. Fon der Leyen əlavə edib ki, sanksiyalar Moskvanı Ukraynanı işğal etmək üçün mümkün plandan çəkindirə və gələcək danışıqları təşviq edə bilər.

Bu yazılara da göz atın...