Home GÜNDƏM Ərdoğandan İsrailə sərt mesaj: “Nüvə silahlarımız var deyə özünə çox güvənmə…”

Ərdoğandan İsrailə sərt mesaj: “Nüvə silahlarımız var deyə özünə çox güvənmə…”

by admin
4 views

Türkiyə prezidenti  və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan, partiyasının Adana 6-cı  Şəhər Konqresi öncəsi çıxışında, İsrailin baş naziri Netanyahuya səslənərək, “Nüvə silahlarımız var deyə özünə çox güvənmə, gün gələr o silahlar işləməz”  dedi.

Çıxışına davam edən Ərdoğan, “Dünən İsrailin Baş Naziri həmsöhbətim deyil deyə bir söz işlədib. Güya onların ordusu heç vaxt zülm etməyib. Bizim əsgərimizin Afrində məzlumlara  zülm etdiyini deyir. Ey Netanyahu sən çox zəifsən. Özünə çəki-düzən ver. Sən terror dövlətisən. İsrail ordusu  ancaq məzlumlara qarşı cəsarətli olur. Məzlumların başqa, qorxaq. Qorxaqlar qələbə abidəsi ucalda bilməz.” deyə qeyd edib. Avropa.info

Bu yazılara da göz atın...