Türkiyənin Azərbaycandakı səfiri Şuşa Bəyannaməsinin təsdiqlənməsinə MÜNASİBƏT BİLDİRİB

by xeberleraz

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Milli Məclisdə və Türkiyə Böyük Millət Məclisində Azərbaycanla Türkiyə arasında müttəfiqlik əlaqələrini nəzərdə tutan Şuşa Bəyannaməsinin təsdiqlənməsinə münasibət bildirib.

XEBERLERAZ.COM xəbər verir ki, o bu barədə tviter səhifəsində yazıb.

“Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı”, – o bildirib.

Qeyd edək ki, dünən Türkiyə Böyük Millət Məclisi (TBMM) “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsini təsdiqləyib. Bəyannamənin təsdiqi ilə bağlı qanun layihəsinin lehinə 266 deputat səs verib. (Report)

Bu yazılara da göz atın...