Home Fakt Rusiyadan olan hərbi tibbi heyət Dağlıq Qarabağa yollanıb – VİDEO

Rusiyadan olan hərbi tibbi heyət Dağlıq Qarabağa yollanıb – VİDEO

by admin
15 views

Rusiyadan olan hərbi tibbi heyət Xabarovskdan Dağlıq Qarabağa yollanıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.

Bildirilir ki, RF Şərqi Hərbi Dairəsinin xüsusi təyinatlı tibbi dəstəsinin qüvvələri Rusiya Federasiyasının sülhməramlı kontingentinə tibbi dəstəyin təşkili və humanitar missiya üçün Dağlıq Qarabağa köçürülür.

Nazirlik Dağlıq Qarabağa ümumilikdə 122 hərbi həkim və tibb bacısı, habelə 54 vahid avtomobil və xüsusi texnika, həmçinin, 66 ton zəruri materialın göndərildiyini vurğulayıb.

yenilider.info

Bu yazılara da göz atın...