“İstənilən halda Rusiyaya qarşı sanksiyalar TƏTBİQ OLUNACAQ”

by xeberleraz
Qərbin Rusiyaya, eləcə də Belarusa qarşı sanksiyaları istənilən halda tətbiq olunacaq, buna səbəb tapılacaq.
XƏBƏRLƏRAZ.COM TASS-a istinadən xəbər verir ki, bu fikri Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, sanksiya təzyiqi tamamilə qeyri-legitimdi və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
Rusiya Prezidenti bildirib ki, ölkə milli maraqları ön planda tutacaq və istədiyi kimi hərəkət edəcək.
“Əlbəttə, biz dünyada baş verənləri izləyirik, lakin bizim Rusiya xalqının və dövlətin milli maraqlarına uyğun gələn aydın, başa düşülən təlimatlarımız var”, – Putin bildirib.

Bu yazılara da göz atın...