Home banner Binə qəsəbəsində CAN BAZARI: Dövlətçilik maraqlarını cibi ilə barter edən POLİS ƏMƏKDAŞI KİMDİR? – ŞOK TƏFƏRRÜAT

Binə qəsəbəsində CAN BAZARI: Dövlətçilik maraqlarını cibi ilə barter edən POLİS ƏMƏKDAŞI KİMDİR? – ŞOK TƏFƏRRÜAT

by xeberleraz
792 views

Dəfələrlə Xəzər rayon yol polisi əməkdaşlarına zəng edərək məlumat vermişəm ki, sürücülük vəsiqəsi və etibarnaməsi olmayan, avtomobil idarəetməyi belə bacarmayan, yol hərəkəti qayda-qanunlarını bilməyən və bilsələr də riayət etməyən sürücülər Binə-Sovxoz yolunda sərnişinlərin avtobusla daşınması kimi çox məsuliyyətli bir işi yerinə yetirməklə məşğuldurlar.

Təəssüf ki, mərhum prezident, ulu öndər Heydər Əliyevin “Mənim görə bilmədiyimi görən jurnalistlərə minnətdaram” kimi dəyərli kəlamını yəqin ki, heç duymayan Xəzər rayon Polis İdarəsinin əməkdaşı Məmmədov Ramin Hüseyn oğlu etik olmayan tonda “Sən kimsən ki, bizə bu haqda məlumat verirsən, bu dəqiqə səni “Bandotdel” vasitəsilə götüzdürərəm. Mənim atam şəhid olub, sən bilirsən kimin oğluyam?” – deyərək məni təhdid etməkdən belə çəkinmədi. Qeyd etmək istəyirəm ki, həmin polis əməkdaşının atasının şəhid olması ilə bağlı dediyi sözlər həqiqətə uyğun deyil.

Müxtəlif iddialar irəli sürdüyüm məsələ ilə bağlı baş verən qanunsuzluqların anbaan videolarını çəkmişəm və məsələ ilə bağlı bütün lazımi faktları toplamışam. Lakin polis əməkdaşları faktları onlara təqdim etməyimə, şikayətimi əsaslandırmağıma hər vəchlə mane olmağa çalışır. Baxmayaraq ki, əlimdə olan çəkilişlərdə sürücülük vəsiqəsi olmayan şəxslərin dayanacaqdan sərnişinləri götürməsini, vətəndaşların həyatını təhlükəyə atmasını tam çılpaqlığı ilə sübut edən görüntülər var.

Polislər şikayətimi düzgün təhlil etmir və polis fəaliyyətini təhdid etdiyimi söyləyərək mənə çox ağır iftira atır. Mənim jurnalistlik fəaliyyətimin ali məqsədi vətəndaşlarımızın təhlükəsiz yaşayış tərzi və xalqımızın rifahı üçün çalışmaqdan başqa bir şey deyil. İddialarım sübutlarla birgə araşdırılarsa, bütün gerçəklər gün kimi aydın olacaq. Əminəm ki, dövlətçiliyimizin müqəddəs qanunlarından kənar hərəkət edən hər bir şəxs layiq olduğu cəzasını alacaq.

Ümid edirəm ki, Xəzər rayon Polis İdarəsinin rəisi Əli İbrahimovun bu çirkin vəziyyətdən xəbəri yoxdur. Xeberleraz.com olaraq mövzunu diqqətdə saxlamağa çalışacağıq.

Xəlil Cəfəroğlu

Bu yazılara da göz atın...