Home Fakt Ağdam yolu minalardan təmizlənir – FOTO – VİDEO

Ağdam yolu minalardan təmizlənir – FOTO – VİDEO

by admin
7 views

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağdam şəhərinə gedən avtomobil yolunun ətrafında minatəmizləmə əməliyyatını həyata keçirir.

ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, artıq işğaldan azad edilən ərazilərdə 7 kilometr uzunluğunda avtomobil yolu və onun kənarları tam təmizlənib. Mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda həmin yolun kənarında kommunikasiya xətlərinin çəkilməsi üçün təmizləmə işləri həyata keçirilir. Ərazidə həm əllə, həm də mexaniki təmizləmə maşınları vasitəsilə təmizləmə əməliyyatı aparılır. Növbəti gün əraziyə minaaxtaran itlər də cəlb olunacaq. Əməliyyat-axtarış tədbirləri qısa zamanda yekunlaşacaq. Daha sonra Ağdam şəhəri ərazisində təmizləmə əməliyyatı davam etdiriləcək.

 

yenilider.info

Bu yazılara da göz atın...