Mikayıl Cabbarov Bağdad Amreyev və Mustafa Rifat Hisarcıklıoğlu ilə görüşüb – FOTO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev və Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB), Türk Ticarət və Sənaye Palatasının sədri Mustafa Rifat Hisarcıklıoğlu ilə görüşüb.

Bu barədə İqtisadiyyat Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, iqtisadiyyat naziri türkdilli dövlətlərin uğurlu əməkdaşlığını, milli və regional iqtisadiyyatın dəstəklənməsi istiqamətində tərəfdaşlığın və iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Qeyd edilib ki, son dövrlərdə iqtisadiyyatın digər sahələri ilə yanaşı, ticarət, investisiya, rəqəmsallaşma və s. sahələrdə əməkdaşlığın gücləndirilməsi əsas çağırışlardandır. Bu baxımdan, Türk İnvestisiya Fondunun və Türk Ticarət Evlərinin yaradılması, ticarət prosedurlarının sadələşdirilməsi, rəqəmsal iqtisadiyyat, ölkələrimizin azad iqtisadi və sənaye zonaları arasında əməkdaşlıq platformasının formalaşdırılması əlaqələrin genişləndirilməsi üçün önəmli təşəbbüslərdir.

İqtisadi tərəfdaşlığın gücləndirilməsi perspektivləri barədə danışan nazir biznes dairələri arasında əlaqələrin, ticarət tərəfdaşlığının genişləndirilməsinin önəmini, bu istiqamətdə sentyabrın 16-da keçirilən Şuşa Türk Biznes Forumunun əhəmiyyətini diqqətə çatdırıb.

Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev təşkilata üzv dövlətlərin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini, əlaqələrin dinamik inkişafını vurğulayıb, yeni istiqamətlər barədə fikirlərini bildirib.

Türkiyə Palatalar və Birjalar Birliyinin, Türk Ticarət və Sənaye Palatasının sədri Rifat Hisarçıklıoğlu Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, iqtisadi əməkdaşlığın, o cümlədən ticarət əlaqələrinin inkişafı üçün geniş imkanların olduğunu bildirib. Bu baxımdan, iş adamları birlikləri, ticarət palataları arasında əlaqələrin genişləndirilməsi, sahibkarların iştirakı ilə müxtəlif formatlı tədbirlərin keçirilməsi xüsusi önəm kəsb edir.

Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycanın iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə Mustafa Rifat Hisarcıklıoğlu “Dostluq” ordeni ilə təltif olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Dostluq” ordenini Mustafa Rifat Hisarcıklıoğluna təqdim edib.

Oxu.az

Bu yazılara da göz atın...