“Masdar” və Çin şirkəti arasında “Qaradağ” GES-lə bağlı müqavilə İMZALANDI

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Birləşmiş Ərəb Əmirliklərinin “Abu Dhabi Future Energy Company”nin (“Masdar”) törəməsi “Source Trading Company” və Çinin “LONGi” şirkəti arasında 230 meqavatlıq (MVt) “Qaradağ” Günəş Elektrik Stansiyası üçün günəş fotovoltaik (PV) modullarının tədarükü ilə bağlı müqavilə imzalayıblar.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Bildirilir ki, imzalanma mərasimində “LONGi” Qlobal Satış və Marketinq Mərkəzinin MEA&CA regionu üzrə prezidenti Tsya Çao, Yaxın Şərq üzrə satış direktoru Qonzalo Bonelo və Yeni biznes qrupunun rəhbəri Baggio Teng iştirak ediblər.

“LONGi” Azərbaycanı təkcə onun iddialı təmiz enerji yolunda dəstəkləmək üçün deyil, eyni zamanda Yaxın Şərqdə və digər regionlarda “Masdar” ilə əməkdaşlığı daha da gücləndirilməsi üçün imkanların araşdırılmasına ümüd edir”, – Tsya Çao deyib.

Qeyd edək ki, Ələt qəsəbəsindən 9 kilometr şimal-qərbdə yerləşən layihə, ildə yarım milyard kilovat-saat elektrik enerjisi istehsal etməyə kömək edəcək. Ümumi istehsal 110 mindən çox evin tələbatını ödəməyə, atmosferə atılan tullantıları ildə 200 min tondan çox azaltmağa və dəyərli iş yerlərinin yaradılmasına imkan verəcək.

Xatırladaq ki, bu ilin mart ayında “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının Gülüstan sarayında keçirilən təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmişdi. Həmçinin tədbirə Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazrouei qatılmışdı.

Oxu.az

Bu yazılara da göz atın...