Hansı deputatın maaşı nə qədər qalxacaq? – Bu ilin büdcəsindən ayrılacaq vəsait

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Milli Məclisin deputatlarının aylıq vəzifə maaşının qaldırılması təklif edilir.

“Milli Məclisin deputatının statusu haqqında” qanuna təklif edilir ki, parlament sədrinin aylıq vəzifə maaşı 3550 manat olsun.

Hazırda Milli Məclis sədri 2475 manat maaş alır. Yəni qanun layihəsi qəbul olunsa, spiker 1075 manat üstün fərqlə maaş alacaq.

Vəzifəcə Milli Məclis sədrindən bir pillə aşağı olan birinci vitse-spikerin hazırkı maaşı 2227 manat 50 qəpikdir. Bundan sonra isə onun aylıq məvacibi 3195 manat təşkil edəcək.

Parlament sədrinin spikerlərinin maaşı 2103 manatdan 3017 manata, komitə və komissiya sədrlərininki 1980 manatdan 2840 manata, onların müavinlərininki 1856 manatdan 2662 manata, sıravi deputatlarınkı isə 1732 manatdan 2485 manata qaldırılacaq.

QISA şəkildə:

Milli Məclis sədrinin maaşı 1075 manat,

– Birinci vitse-spikerin maaşı 968 manat,

– Vitse-spikerlərin maaşları 914 manat,

– Komitə və komissiya sədrlərinin maaşları 860 manat,

– Komitə və komissiya sədrlərinin müavinlərinin maaşları 806 manat,

– Sıravi deputatların maaşları isə 753 manat qalxacaq.

Böyük ehtimal ki, qanun qəbul ediləcəyi təqdirdə iyulun 1-dən etibarən qüvvəyə minəcək.

Deməli, deputatların cəminin ortalama maaşı 900 manata yaxın artırılacaq.

Bu isə hər ay üçün dövlət büdcəsindən 106 min manata qədər əlavə vəsaitin deputatların maaşları üçün ayrılması deməkdir (Hazırda 118 deputat var və rəqəm ona nisbətdə səslənir).

Əgər qanun iyulun 1-dən qüvvəyə minsə, 2022-ci ilin sonu üçün deputatların maaş artımına görə büdcədən 634 min manatdan çox əlavə vəsait ayrılacaq.

Aqşin Kərimov

Oxu.az

Bu yazılara da göz atın...