Dünyanın inflyasiya tendensiyası nə vaxtadək yüksələcək?

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Pərviz Heydərov yazır…

Dünyada və Azərbaycanda inflyasiya yüksəlməkdə davam edir. Ölkəmizdə bu göstərici artıq, 13 faizi keçib. Belə ki, bu ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 113,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 118,9, qeyri-ərzaq məhsulları 107,2, əhaliyə xidmətlər üzrə isə 110 faiz təşkil edib.

Avqustda istehlak qiymətləri indeksi iyula nisbətən 9 faiz, ötən ilin eyni ayı ilə müqayisədə isə 14,2 faiz yüksəlib.

Ötən yazılarımın birində qeyd etmişdim ki, yay ayları bir sıra kənd təsərrüfatı məhsulları üzrə istehsal və tədarük mövsümü olsa da qiymətlər ucuzlaşmadı, əksinə, heç sabit də qalmadı. Keçən ilin əvvəlindən start götürən bahalaşmaya bahəm, inflyasiya davamlı olaraq yüksəyə doğru sürükləndi ki, 13 faizin aşılacağı aydın görünürdü.

Bu ilin birinci yarısının yekunlarına dair müşavirədə Prezident İlham Əliyev qeyd etdi ki, inflyasiya 12 faizdən çoxdur, amma bu, ümumi tendensiyadır, dünyanın hər yerində müşahidə edilir.

“Hətta inflyasiya 0-0,5, 1 faiz olan ölkələrdə indi ikirəqəmli inflyasiyaya yaxınlaşır. Yəni, bu, ümumi trenddir və biz də dünya iqtisadiyyatının bir parçasıyıq”, – deyə, dövlət başçımız nəzərə çatdırdı.

Yeri gəlmişkən, məsələn, avrozonada bu ilin avqust ayında inflyasiya üzrə rəqəm özünün tarixi maksimumuna, başqa sözlə desəm, 9,1 faiz səviyyəyə çatıb. Bir ay öncə, yəni iyul ayında isə 8,9 faiz idi. Halbuki, Avropa Mərkəzi Bankı 2 faiz proqnozlaşdırmışdı. 

Real rəqəm 4,5 dəfə çoxdur.

Səbəb, enerjidaşıyıcılarıdır. Bu sahədə qiymətlər 38,3 faiz qalxıb. Bu təkcə, Rusiya-Ukrayna müharibəsinə görə deyil, həm də daşımaların pandemiyadan əvvəlki vəziyyətə qayıtmaması və sair ilə izah olunur.

ABŞ-da isə inflyasiya son 40 ilin ərzindəki (1981-ci ilin noyabrından bəri) ən yüksək həddə – 9 faizdən yuxarıya çatıb. Söhbət, ilin iyun ayının göstəricisindən gedir. İyulda nisbətən zəifləsə də payızda yüksələcəyi gözlənilir.

Azərbaycanın bəxti onda gətirib ki, enerjidaşıyıcıları sarıdan asılı vəziyyətdə deyilik. Ölkəmiz də, əgər Avropa ölkələri kimi enerjidaşıyıcıları sarıdan kənardan asılı vəziyyətdə olsaydı, inflyasiya daha yüksək idi. Çünki hələ nəzərə almalıyıq ki, proses hökumətin nəzarəti altındadır və ilin əvvəlindən bəri müxtəlif antiinflyasiya tədbirləri tətbiq edilir, o cümlədən əlavə olaraq digər tədbirlər də düşünülür.

Ancaq effekt azdır, ona görə ki, ortada obyektiv səbəblər mövcuddur. Belə ki, bir sıra məhsulları idxal edirik, pul-kredit siyasəti mexanizmi çevik təsirə və idarəetməyə imkan yaratmır, bazarda qiymətlər üzrə zəncirvari əlaqənin bütün halqalarına nəzarət etmək mümkün deyil və sair. 

Odur ki, hökuməti qınamaq olmur. Məsələn, dünyada bütün növ enerjidaşıyıcıları bahalaşdığı fonda bizdə əsas yanacaq növləri üzrə qiymətlər nəzarətdə saxlanılır. Bu, həmin yanacaq növlərinin daxildə istehsal edilməsi, yəni neft ölkəsi olmağımızla izah olunsa da, dövlətin “cibinin” hesabına başa gəlir.

Ümumiyyətlə, istehlak bazarına nəzarət və müəyyən tənzimləmələr zamanı hökumət və dövlət ziyana gedir, daha doğrusu getməyə məcbur qalır. Bu səbəbdən də kompensasiya xarakterli üsul və mexanizmlərə əl atılır. 

Məsələn, “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərarı misal gətirmək olar.

İnflyasiyanın yüksəlməsi və qiymət artımı nə vaxtadək davam edəcək?

Ümumi bahalaşma və inflyasiya prosesində qida və kənd təsərrüfatı məhsullarının qiymətləri əsas təkanverici faktor olduğundan fikrimcə, üzü qışa doğru daha yuxarı tempə şahid ola bilərik. Bunu ilk olaraq, dünyada və o cümlədən, Avropada enerji böhranının səngiməyəcəyi gözləntisi deməyə əsas verir. Ümumiyyətlə isə qışa doğru qiymətlərin həmişə qalxması ənənəsi vardır.

Üstəlik, qiymətlər əlaqəlidir. Xüsusən də qida bazarında. Məsələn, unun, çörəyin və digər un məhsullarının bahalaşması digər mallara da təsir edir. Necə ki, yanacaq bahalaşanda hər şeyin qiyməti qalxdığı kimi, çörək və digər un məhsulları bahalaşanda da bütün qida mallarının qiymətləri yüksəlir. 

Bəs, nə etməli? 

Birincisi, ölkəyə idxal olunan bəzi ərzaq məhsulları üzrə gömrük rüsumları və vergilər azaldılmalı, ikincisi, yerli məhsulların bazarlara çıxışı və yaxud, reallaşdırılması imkanları maksimum asanlaşdırılmalı, üçüncüsü isə maaş, pensiya və sosial ödənişlər artırılmalıdır, geniş xarakterli növbəti bir sosial paket həyata keçirilməlidir.

Yeri gəlmişkən, yuxarıda qeyd etdiyim ilin birinci yarısının yekunlarına dair müşavirədə Prezident tapşırdı ki, insanların sosial müdafiəsini lazımi səviyyədə təmin etmək, xüsusilə də ən həssas kateqoriyadan olan insanların sosial məsələlərini həll etmək üçün təkliflər verilsin.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev isə bildirib ki, cari ilin ilk yarımilinin yekunlarına dair müşavirədə Prezidentin verdiyi tapşırığa əsasən, sosial islahatları davam etdirmək üçün təkliflər hazırlanacaq.

Oxu.az

Bu yazılara da göz atın...