Dollar BAHALAŞACAQ? – AÇIQLAMA + VİDEO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

“ABŞ Federal Ehtiyat Sisteminin (FED) qəbul etdiyi uçot dərəcəsinin kəskin artımı qərarı gözlənilən olduğu üçün bu gün qlobal iqtisadiyyatda təşvişə səbəb olmayıb. Lakin FED bundan sonra da bu siyasətini davam edəcəyini bildirib. Bu isə dolların daha da möhkəmlənəcəyini proqnozlaşdırmağa əsas verir”.

Bu fikirləri iqtisadçı Rəşad Həsənov “Xəzər Xəbər”ə açıqlamasında deyib.

O hesab edir ki, indiki vəziyyətdə manatın devalvasiyaya uğraması real görünmür.

Ekspertin sözlərinə görə, neftin qiymətinin təqribən son üç ayda büdcədə nəzərdə tutulan həddin iki mislindən də baha satılması manata yarana biləcək təzyiqləri dəf etməyə imkan verir. Dünyada, o cümlədən Azərbaycanda da geniş dövriyyəyə malik olan avronu isə qoruyacaq faktorlar nəinki yoxdur, əksinə, bu valyutaya əlavə təzyiqlər var.

R.Həsənov deyir ki, avro 0.2, 0.3 faiz ətrafında dəyəriszləşməyə məruz qalıb. Rusiya-Ukrayna müharibəsi bundan sonra da avronun ucuzlaşmasında rol oynayacaq.

FED-in ötən gün verilən qərarının avronun bütün dünyada daha da ucuzlaşmasına səbəb olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, FED-in əvvəlki faiz artımı 2018-ci ilin dekabrında olub və o vaxtdan bəri baza faiz dərəcəsi yalnız azalıb. Son iki il ərzində FED-in uçot dərəcəsi illik 0-0,25% diapazonunda olub. Ötən gün qəbul edilən qərarla isə uçot dərəcəsi bir faizə qədər yüksəlib.

Daha ətraflı süjetdə:

Oxu.az

Bu yazılara da göz atın...