Borrell daha çox Rusiya bankının SWIFT-dən ayrılacağını AÇIQLADI

by admin

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell daha çox Rusiya bankının SWIFT-dən ayrılacağını açıqlayıb.

“Maliyyə sektorunda daha çox Rusiya bankı SWIFT sistemindən ayrılacaq. Hansıları deyə bilmərəm, amma olacaq. Enerji sektorunda isə biz Rusiya neftinin idxalına əhəmiyyətli dərəcədə təsir edəcək tədbirlər axtarırıq”, – deyə o bildirib.

Bir müddət əvvəl Cozep Borrell bildirmişdi ki, Aİ-də Rusiya neft və qazından imtina ilə bağlı birlik yoxdur. O, Rusiyanın neft və qazına embarqo qoyulması da daxil olmaqla, yeni sanksiyalar paketinin qəbulu tarixi barədə məlumat verməyib.

Borrell vurğulayıb ki, Rusiya Federasiyası qazdan çox neftdən daha çox pul alır və Rusiyadan alınan neftin azaldılması daha vacibdir.

Mənbə: RİA Novosti

Oxu.az

Bu yazılara da göz atın...