Azərbaycanda qeyri-neft sektorunun inkişafına nə mane olur? – ŞƏRH + FOTO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Energetika Nazirliyi cari ilin 8 ayında Azərbaycanın neft və qaz ixracından gəlirlərinin 24,3 milyard manat təşkil etdiyini açıqlayıb. Bu, ötən ilin müvafiq dövrü nisbətdə 13,1 milyard manat artım deməkdir. 

Məlumata görə, 8 ay ərzində Azərbaycanda hasil edilmiş 21,8 milyon ton neftin 17,6 milyon tonu, 30,6 milyard kubmetr qazın isə 14,4 milyard kubmetri ixrac olunub. Nəticədə 2022-ci illə müqayisədə neft ixracının gəlirləri 61,5 faiz, qaz gəlirlər isə 340 faiz artıb.

Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru, professor, Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri Elşad Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, qeyri-neft ixracatından da valyuta daxilolmalarının həcmi artır:

“Zənnimcə, inflyasiyanın sürətlənməsi bunu şərtləndirir. Dünya miqyasında inflyasiya artımı prosesi qeydə alınır ki, bu da bütövlükdə xarici ticarətin həcminin valyuta formasında kəskin artmasına şərait yaradır. Həmçinin valyutaların dəyərdən düşməsi prosesi də baş verir ki, o da valyuta həcminin bütövlükdə artmasına səbəb olur, nəticədə qiymət artımı da baş verir. Qiymət artımının səbəbləri həm də digər amillərlə bağlıdır. Amma əgər söhbət qeyri-neft sektorunun niyə neft sektoru ilə müqayisədə zəif olmasından gedirsə, ilk olaraq onu qeyd etmək lazımdır ki, harada investisiyalar çoxdursa, orada iqtisadi artım var”. 

İqtisadçı diqqətə çatdırıb ki, xarici investisiyalar ən çox neft və qaz sektoruna istiqamətləndiyi üçün orada iqtisadi artım daha çox olub:

“Son onilliklər ərzində ölkədə yatırımlar, əsasən, xarici investisiyalar və dövlət kapital qoyuluşlarından ibarət olub. Dövlət kapital qoyuluşlarını isə daha çox infrastrukturaya yönəldir. Yəni ora qoyulan kapital iqtisadi artıma bilavasitə təsir göstərə bilmir, dolayı yolla təsir göstərir. Həmin dolayı təsirlər də o halda effektiv olur ki, iqtisadiyyatın qeyri-neft sektoruna qabaqlayıcı şəkildə investisiyalar yatırılır. İnvestisiyanın az olması həmin sahələrdəki problemləri şərtləndirir. Ona görə də əgər biz bu sahədə inkişafdan danışmaq istəyiriksə, investisiyalar daha çox istiqamətlənməli və effektivliyi təmin olunmalıdır. Başqa cür iqtisadi artıma nail olmağın düsturu yoxdur”.

Sayad Həsənli

Oxu.az

Bu yazılara da göz atın...