Home DÜNYA Türkiyədən MÖHTƏŞƏM LAYİHƏ: PUA-ları anında MƏHV EDİR – FOTO

Türkiyədən MÖHTƏŞƏM LAYİHƏ: PUA-ları anında MƏHV EDİR – FOTO

by admin
43 views

“TÜBİTAK SAGE”in rəhbəri Gürcan Okumuş Türkiyənin mini hava-hava raketi olan AKDOĞAN haqqında vacib məlumatları paylaşıb, davam edən mövcud və potensial layihələrlə əlaqədar əhəmiyyətli açıqlamalar verib.

KAİM.az xəbər verir ki, hava-hava raket ailəsindən olan GÖKTUĞ layihəsi ilə əlaqədar müddətin planlaşdırıldığı kimi davam etdiyini vurğulayan Gürcan Okumuş AKDOĞAN barəsində danışıb və PUA-ların önəminə diqqət çəkib.

G.Okumuş bahalı hava-hava raketinin sadə PUA sistemi üçün sərfəli həll yolu olmadığını və bu nöqtədə mini hava raket sisteminin zəruriliyinin olduğunu vurğulayıb.

Mini hava-hava raketlərinin önəmindən danışan Okumuş bu vasitələrin HÜRJET kimi yüngül hücum təyyarələri və AKINCI TİHA, AKSUNGUR SİHA kimi pilotsuz hava vasitələri ilə çox sayda daşınması mümkün olan səmərəli həll olduğunu bildirib.

AKDOĞAN raketi ilə düşmənin PUA platformalarını və digər təyyarələri daha səmərəli şəkildə zərərsizləşdirmək mümkün olacaq. Bu raket az çəkisi və silueti ilə müxtəlif hava platformalarına inteqrasiya edilə bilər. //Publika.az//

Bu yazılara da göz atın...