Türkiyənin ilk mini peyki kosmosa buraxıldı – VİDEO

by xeberleraz

Türkiyənin ilk mini peyki – “Grizu-263A” kosmosa buraxılıb.

Xeberleraz.com xəbər verir ki, peyk Zonquldak Bülent Ecevit Universiteti Mühəndislik Fakültəsi tələbələrindən ibarət “Grizu-263” Kosmos Qrupu tərəfindən hazırlanıb.

Türkiyənin ilk cib peyki adlandırılan “Grizu-263A” Ankara vaxtı ilə 18:25-də “SpaceX” raketi ilə orbitə göndərilib.

Təxminən 525 kilometr alçaq yer orbitində 4 il 8 ay müddətində xidmət etməsi planlaşdırılan 5x5x5 santimetr ölçülərinə malik Türkiyənin ilk “pocketqube peyki”nin orbitə göndərilməsi 25 min avroya başa gəlib. (Metbuat.az)

Bu yazılara da göz atın...