Home DÜNYA Quru sərhədlərin açılması ilə bağlı Gürcüstandan NÖVBƏTİ AÇIQLAMA

Quru sərhədlərin açılması ilə bağlı Gürcüstandan NÖVBƏTİ AÇIQLAMA

by admin
6 views

“Gürcüstanın quru sərhədlərinin yaxın vaxtlarda açılması məsələsi müzakirə olunur. Yəqin ki, yaxında açılacaq”.

KAİM.az xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze açıqlama verib.

O, məsələ ilə bağlı müsbət qərarın gözlənildiyini bildirib.

P.İmnadze qeyd edib ki, yay turizmi mövsümündə Gürcüstanın cəlbedici və təhlükəsiz ölkə olması üçün bütün addımlar atılıb:

“Hazırda qonşu ölkələrdə koronavirusla bağlı müsbət nəticələr müşahidə olunur. Turizm mövsümündə ölkənin bütün tuirstlər üçün əlçatan və təhlükəsiz olmasını təmin etmək lazımdır. Ölkədə koronavirusla əlaqədar çətin vəziyyət olarsa, bura hansı ağıllı turist gələr? Yekunda əsas məsələ odur ki, biz vətəndaşlarımızın həyatını və sağlamlığını qoruyaq. Quru səhədlərin açılması ilə bağlı müzakirə gedir və yəqin ki, yaxında açılacaq”, – deyə P. İmnadze əlavə edib.

Qeyd edək ki, ölkə quru sərhədlərini yayın əvvəlində açmağı planlaşdırır. / sfera.az

Bu yazılara da göz atın...