Qazaxlar və ukraynalılar Ağ Evin qarşısında Rusiyanın müdaxiləsinə qarşı ETİRAZ AKSİYASI KEÇİRDİLƏR

by xeberleraz

Bu gün Bakı vaxtiıyla axşam, Vaşinqton vaxtıyla səhər saatlarında bir qrup qazaxıstanlı və ukraynalı Ağ Evin – ABŞ prezidentinin administrasiyasının qarşısında etiraz aksiyası keçirib.

Vaşinqtonda yaşayan həmvətənimiz Zaur Bayramlının Musavat.com-a verdiyi məlumata görə, aksiyaya qatılanlar Qazaxıstanda sosial tələblərlə başlayan etiraz mitinqlərinin iğtişaşa çevrilməsindən istifadə edən Rusiyanın Qazaxıstana ordu birləşmələri yeritməsinə etiraz bildirirlər.

Aksiyada “Putin, Qazaxıstandan əlini çək”, “KTMT ordusu Qazaxıstanı tərk etsin”, “Tokayev, istefa”, “İnternet bərpa edilsin”, “Biz terrorist deyilik, xalqıq”, “Putin, Qazaxıstandan çıx” kimi şüarlar səsləndirilib və plakatlar qaldırılıb.

Həmçinin Nazarbayevin də əleyhinə şüarlar səsləndirən aksiyaçılar və çıxışçılar olayların səbəbkarları kimi Nazarbayev-Tokayev cütlüyünü göstəriblər.

Aksiyanın keçirildiyi məkanda, yəni Ağ Evin önündə qazaxlardan bir az əvvəl rus müdaxiləsindən əziyyət çəkən başqa bir xalqın – ukraynalıların da Rusiya əleyhinə aksiyası vardı.

Aksiyaları başa çatan Ukraynalıların çoxusu meydanı tərk etməyərək Ukrayna bayraqları və çıxışları ilə Qazaxıstana dəstəklərini ifadə ediblər.

Qeyd edək ki, həmvətənimiz həmin aksiyaya qızı ilə birlikdə qatılıb və, Qazaxıstan, eləcə də Ukrayna xalqına dəstəyini ifadə edib. (Musavat.com)

Bu yazılara da göz atın...