Putin Çində SƏFƏRDƏDİR

by xeberleraz

Rusiya Prezidenti Vladimir Putin Çində səfərdədir.

XEBERLERAZ.COM xəbər verir ki, bunu jurnalistlərə Prezidentin köməkçisi Yuri Uşakov deyib.

Putinin pandemiya dövründə Çinə ilk səfəri çərçivəsində bu ölkənin rəhbəri Si Cinpinlə təkbətək görüşü olacaq. Görüşdə ikitərəfli əlaqələrin, regional və qlobal məsələlərin müzakirə olunacağı gözlənilir.

Y.Uşakovun sözlərinə görə, axşam saatlarında Rusiya dövlət başçısı XXIV Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimində qonaq qismində iştirak edəcək.

Bu yazılara da göz atın...