Home DÜNYA “Məxməri inqilab”ın HƏLLEDİCİ MƏRHƏLƏSİ – Sarkisyan bu gün DEVRİLƏCƏK – CANLI YAYIM

“Məxməri inqilab”ın HƏLLEDİCİ MƏRHƏLƏSİ – Sarkisyan bu gün DEVRİLƏCƏK – CANLI YAYIM

by admin
11 views

Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı “Mənim addımım” təşəbbüsünün lideri, Vətəndaş müqaviləsi” Partiyasının lideri, “Yelk” parlament fraksiyasının deputatı Nikol Paşinyanın rəhbərliyi ilə keçirilən etiraz aksiyası davam edir.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu gün səhər saatlarında polislər siyasi fəal David Sanasaryanı və bir neçə başqa nümayişçini saxlayıblar.

“Biz sizi sevirik. Əmin olun ki, gec-tez hər şey dəyişəcək. Serj Sarkisyan bizim hamınızı manipulyasiya edə bilməz”, – Sanasaryan saxlanılan zaman bildirib.

Onun mobil telefonu artıq polis maşınında əlindən alınıb.

Dünən isə İrəvan məhkəməsi daha bir siyasi fəal Tiqran Mazmanyanın iki aylıq həbsi haqqında qərar qəbul edib. “Yelk” blokunun parlament fraksiyasının beş deputatı, həmçinin Nikol Paşinyanın Mazmanyan üçün zəmanət təqdim etməsi də məhkəmənin qərarını dəyişdirməyib. Mazmanyan dövlət radiosunda qarışıqlıqlarda iştirakda şübhəli bilinir.

Qeyd edək ki, aprelin 19-da keçirilən mitinqdə Nikol Paşinyan etirazın yeni formasını elan edib. Etirazçılar aprelin 20-dən paytaxtın ayrı rayonlarını bağlayan əsas küçələri bağlamalıdır. Həmçinin, metro stansiyalarının bloklanması planlaşdırılır. Nikol Paşinyanın sözlərinə görə, etirazın yeni forması Serj Sərkisyanı hakimiyyətdən getməyə məcbur etməlidir.

Xatırladaq ki, aksiyalar aprelin 13-də başlayıb. Aprelin 17-də Paşinyan Ermənistanda “məxməri inqilab”ın başlandığını bəyan edib. Aksiya iştirakçıları vaxtaşırı mitinqlər, təntənəli yürüşlər keçirir, paytaxtın mərkəzi küçələrini bağlayır və dövlət orqanlarının işinə mane olmağa çalışırlar.

Bu yazılara da göz atın...