Home banner Ərdoğandan ŞAD XƏBƏR: Türkiyə tarix yazmağa DAVAM EDİR – İLK DƏFƏ…

Ərdoğandan ŞAD XƏBƏR: Türkiyə tarix yazmağa DAVAM EDİR – İLK DƏFƏ…

by admin
8 views

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə səfərdə olan Polşa Prezidenti Anjey Duda ilə görüşüb.

KAİM.az Oxu.az-a istinadən xəbər verir ki, tərəflər arasında rəsmi sənədlərin imzalanmasından sonra keçirilən mətbuat konfransında çıxış edən Türkiyə prezidenti bildirib ki, ölkəsi tarixində ilk dəfə olaraq NATO və Avropa İttifaqı üzvü olan bir dövlətə pilotsuz uçuş aparatı ixrac edəcək.

“Bu təcrübə, qabiliyyət və imkanlarımızı NATO müttəfiqimiz Polşa ilə paylaşmaqdan məmnunluq duyuruq. Az öncə imzalanan sənədlə Türkiyə tarixində ilk dəfə NATO və Avropa İttifaqı üzvü olan bir ölkəyə pilotsuz uçuş aparatı ixrac edəcək”, – deyə Ərdoğan bəyan edib.

Bununla yanaşı, dövlət başçısı NATO-nun Təkmilləşdirilmiş Hava Polisliyi Missiyası çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarələrinin yaxın vaxtlarda Polşaya göndəriləcəyini qeyd edib.

Bu yazılara da göz atın...