Ərdoğan: Rusiya və Ukrayna prezidentləri arasında ÜZBƏÜZ GÖRÜŞ təşkil etmək istəyirik

by xeberleraz

Ankara Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında üzbəüz görüş təşkil etmək istəyir.

APA-nın yerli bürosunun ‘RİA Novosti’yə istinadən xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Müharibə mühiti, psixoloji vəziyyət bizi məyus edir, çünki biz hər iki tərəflə yaxşı münasibətdə olan bir ölkəyik. Ümid edirik ki, hörmətli Putinlə Zelenski arasında görüş təşkil edək, göz-gözə, üz-üzə görüşə nail olaq”, – deyə Ərdoğan mətbuat konfransında bildirib.

Türkiyə lideri qeyd edib ki, regionda sülh və sabitliyin təmin olunması üçün Putinlə təmasları davam etdirəcək.

Bu yazılara da göz atın...