Ərdoğan gələcəkdən DANIŞDI: Yüksələn ulduz və 1 saata həll edilən problem

by xeberleraz

“2021-ci ilin sonuna qədər Türkiyənin ÜDM artımı ikirəqəmli rəqəmə çatacaq. Ölkə XXI əsrin yüksələn ulduzudur”.

Xeberleraz.com “RIA Novosti”yə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Türkiyə 21-ci əsrin yüksələn ulduzudur, düşünülmüş siyasət sayəsində pandemiyanın ilk ilində iqtisadi artımı müsbət olan iki ölkədən birinə çevrilib. Biz bu il ÜDM-in ikirəqəmli artımını nümayiş etdirəcəyik”, – ölkə lideri deyib.

Onun sözlərinə görə, 2002-ci ildə Türkiyədə rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası hakimiyyətə gələndə Mərkəzi Bankın ehtiyatları cəmi 27,5 milyard dollar, BVF-yə borcu isə 23,5 milyard dollar olub:

“Bu gün söhbət Mərkəzi Bankın 120 milyard dollar ehtiyatından və BVF qarşısında borcunun olmamasından gedir. Türkiyənin illik ixracat rəqəmi rekord həddə – 221 milyard dollara çatdı… “Beşinci Kolon” ​​bu yaxınlarda ölkədə çaxnaşma yaratmağa çalışdı, valyuta bazarında görünməmiş manipulyasiya cəhdləri ilə qarşılaşdıq, ancaq cəmi bir saat ərzində bu problemi həll etdik”. ///Publika.az

Bu yazılara da göz atın...