Home DİNİ XRONİKA Türklük və onun mahiyyəti – İslam dininin türk etsonu ilə ORTAQ NÖQTƏLƏRİ / I YAZI

Türklük və onun mahiyyəti – İslam dininin türk etsonu ilə ORTAQ NÖQTƏLƏRİ / I YAZI

by admin
8 views

Politoloq Elman Vəliyev

Türklər çox qədim etnosdur və digər qövmlərdən qorxmazlığı, vətənpərvərliyi, ailə dəyərləri ilə seçilir.

İslamda olduğu kimi türklükdə də cihad etmək mühüm yer alır. Cihad islamda Allah yolunda vuruşmaqdır. Türklük İslamdan əvvəl də mövcud olduğu üçün cihad vətən uğrunda yadellilərlə vuruşmaq deməkdir. Türklükdə vətən, bayraq , namus öndə gedən amillərdir. Türklük demək məzluma zülm edənlərə qılıc çəkməkdir, yıxılana balta vurmaq deyil, ayağa qaldırmaqdır, aman diləyəni əfv etməkdir, əsir qadınlara təcavüz etməmək, uşaqları öldürməməkdir.

Türklükdə itaətdə yaşamaqdansa ölmək daha məqbuldur. Bu prinsipə yaxın olan bir tarixi məqam mühüm yer alır. İmam Hüseynə (ə) itaət etmək əmr olunduğunda imam “ izzətlə ölmək zillətlə yaşamaqdan üstündür” demişdi. Bəli, bu amil həm Türklükdə, həm də İslamda ortaq nöqtələrdəndir.

Dünyada tək-tük dövlət olar ki, öz tarixini yazarkən türklərdən bəhs etməsin. Türklərin uzunmüddətli hakimiyyəti olub. Amma hakim olduğu qövmlər üzərində işğalçı deyil, himayədər kimi yaşamışdır. Müasir dövrdə supergüc sayılan Çin əsrlər böyü Türklərin himayəsi altında olub. Məhz “Çin səddi” də Türklər (hun türkləri) əleyhinə hazırlanıb. Amma Türklər çinlilərdən fərqli olaraq, insanlıq dışı olan işlərə əl atmayıblar. Vəhşilik formatında işgəncələr etməyiblər.

Çinin müasir dövrdə Şərqi Türküstandakı Uyğur türklərinə qarşı etdikləri qeyri-insani hərəkətlər sübut edirki, Çin türklərdən daim asılı yaşayıb və bu gün də bu qorxu ilə yaşamaqdadır. Ona görə, qonşuluğunda güclü bir türk dövlətinin olmasını istəmir. Türklüyün zəifləməsinə səbəb Türklərin bəziləri kimi, hiyləyə, yalanlara, ikiüzlülüyə, şərəfsizliyə əl atmamaları, öz qız-gəlinlərindən vaz keçməmələri olub.

Türklükdə qadına böyük hörmət vardır. Türklər qadına “hanım və ya hatun” deyə xitab edirlər. Bu xitablar Azərbaycanda “xanım və ya xatun” kimi işlədilir. Amma leksikonda mənşəcə ərəb dilinə mənsub olan “arvad” kəlməsi daha müfəssəl yayılıb. Arvad sözü “ övrət” deməkdir, yəni mahiyyətcə “eyib yer” anlamına gəlir ki, bunu da qadına xitab etmək qadını alçaltmaq deməkdir. Amma günümüzdə ümumişlək olan bu sözün işlədilməsinin səbəbi bu sözün mənasını doğru bilməmələridir. Arvad sözü guya “qadın” deməkdir, amma bu yanlışdır. Azərbaycan Türkcəsində “xanım” mövcuddur və doğru xitab şəklidir. Türkiyədə bu “eş” olaraq bilinir.

***

Mən türklüyü iki hissəyə ayırıram; birinci hissə VII əsrdən əvvəlki dövr, yəni İslamdan əvvəlki dövr, ikinci hissə VII əsrdən sonrakı dövr, yəni İslamdan sonrakı dövr.

Türklük İslamdan daha əvvəl mövcud olub və təkallahlığa inanırdılar. İslamın bəzi nüansları istisna olmaqla (hicab, şərab) digər amilləri türklükdə mövcud olub. Aman diləyəni öldürməmək, zülmə göz yummamaq, yetimin, yoxsulun əlindən tutmaq, iffət və onuru qorumaq, qadınlara hörmət etmək, vətən uğrunda döyüşmək və s…

Amma türklüyün ən geniş yayılımı İslamdan sonrakı dövrdür. İslam dini Hz. Məhəmməd (s.a.v) vasitəsi ilə ərəb qövmünə gəldi. Niyə ərəb qövmü? Çünki, bu qövm azğınlaşmış, sapıq bir qövm idi. Öz qızlarını diri-diri torpağa basdırırdılar, qadına qul kimi, cinsəllik üçün yaranmış bir varlıq kimi (bu amil Avropa ilə də ortaq nöqtədir) baxırdılar. Məhz bunların əleyhinə gəlmiş bir insanlıq nümanəsidir Hz. Məhəmməd (s.a.v)

***

Türklər haqqında İslam peyğəmbəri demişdir;

“Türkləri öyrənin onların uzunmüddətli hakimiyyətləri olacaq iki dəfə.

Türk deyilən qövmlə savaş edənə qədər qiyamət qopmaz (Ebu Davud; 4302, 4303, Müslüm; 1912, 2912, Buhari; 6c. 2741, 7c. 3367)

Türklər sizə dəyib- toxunmadıqca siz də onlara toxunmayın( Ebu Davud; 4302, Nesei; 3178)”

Türklərlə əlaqəli ən məşhur hədis:

“Kostantiniyyə (İstanbul) mütləq fəth olunacaqdır. Onu fəth eden kamandir nə gözəl kamandirdir və o ordu nə gözəl ordudur – Ahmed bin Hanbel

Buhari (et-Trah-ul Kebir, cilt 1, kısım 2, sayfa: 81) Ahmed bin Hanbel (Müsned IV/42, kahire 1313) El-Hakim (el-Müstedrek IV/42-422, Haydarabat 1335)”

Qurani-Kərimin Əl-Maidə surəsinin 54-cü ayətinin Türklər haqqında olduğu bildirilir:

“Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!”

Bir çox İslam alimlərindən və təfsir üzrə möhtərəm şəxsiyyətlərdən Ömər Nəsuhi Bilmən, Almalılı Məhəmməd Həmdi Yazır, Səid Nursi, Osman Kəskioğlu və Cəlal İldırım buyururlar ki, Allah-Təala (c.c) bu mübarək ayəni “Türklər” haqqında buyurmuşdur. Bəli, ayədən də göründüyü kimi, həqiqətəndə İslam dininin müdafiəçiləri və Allahın şəriətinin mühafizəkarları türklər olub. Allah yer üzündə öz haqq-ədalətinin, insanların hüququnun qorunması üçün türkləri seçdi.

Xatəmül-ənbiya adlanan və bütün aləmlərə rəhmət olaraq göndərilən Hz. Məhəmməd Peyğəmbərdən (s.a.v) çoxlu hədislər gəlib çatmışdır.

Hz. Muhəmmədin(s.a.v)- “Səhih-Buxari” adlı hədis kitabından gələn kəlamı:

“Siz qıyıqgözlü, qırmızısifət, yastıburun, üzləridə döymə qalxanabənzər türklərlə vuruşmayınca qiyamət qopmayacaq. Həmçinin qıldan qayrılmış səndəllər geyinmiş adamlarla vuruşmayınca qiyamət qopmayacaq”.

Ardı var…

KAİM.az

Bu yazılara da göz atın...