Siyavuş Aslanın canlandırdığı obrazı bir də səhnələşdirmək mümkün olmayacaq – VİDEO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Əməkdar artist Çingiz Əhmədov mərhum Xalq artisti Siyavuş Aslanla bağlı xatirəsini bölüşüb.

Bu barədə aktyor, ATV-də yayımlanan “Zaurla Günaydın” proqramında danışıb:

“Bir dəfə Siyavuş Aslan maşınını düzəltdirməyə gedib. Orada ustaya deyib, nə vaxta bitər? O da danışanda kəkələyib. Deyib, bu, əsl obrazdır ki… Oturub onunla çay içib. Gəlib teatrda məşq edəndə başlayıb elə danışmağa”.

Verilişdə qonaq olan Əməkdar artist, aktyor Əkbər Əlizadə isə artıq bu cür obrazların oynanılmasının teatrda qadağan edildiyini söyləyib:

“İndi fiziki məhdudiyyəti, əlilliyi olan insanları səhnədə gülüş hədəfinə çevirmək qəti qadağandır. Olmaz… Əvvəl belə adamlara “dilişirin” deyirdik. Mədəniyyət Nazirliyinin bununla bağlı qərarı var”.

Zaur isə ad çəkmədən bəzi proqramlarda bunun edildiyini bildirib:

“Televiziyada da bu qanun var, qadağandır. Amma riayət edən yoxdur. Baxırsan, psixoloji problemli insanları efirə çıxarıb məsxərəyə çevirirlər, ondan reytinq tuturlar”.

Daha ətraflı süjetdə:

Oxu.az

Bu yazılara da göz atın...