Rəşad Səfərovun üsyanı: “Dünənin bazarda pomidor satanı gəlib aktyor olmağa çalışır” – FOTO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

“Niyə axı bizim sənətimiz bu qədər ucuzlaşdı? Biz buna icazə vermərik. Dünənin bazarda pomidor satanı gəlib aktyor olmağa çalışır, niyə? Sənət – gedib teatrın səhnəsində şəkil çəkib paylaşmaq olub, vəssalam”.

Bu sözləri tanınmış aktyor Rəşad Səfərov Oxu.Az-a açıqlamasında bildirib.

R.Səfərov sənət üçün yox, sırf müəyyən mənfəətlər xətrinə “akademiya” adı altında biznes qurub bu sənəti ucuzlaşdıranları ağ yuyub-qara sərib:

“Bir dəfə məni münsif kimi kastinqə dəvət etmişdilər. Gəldi biri, özünü təqdim etdi – aktyor, rejissor, ssenarist, model. Artıq mən bunu eşidib çox əsəbiləşmişdim. Dedim ki, qardaşım, rejissorluq sözünü ümumiyyətlə dilinə alma, çünki sənlik deyil. Aktyorluğa da yaramırsan. Görünüşünə, danışığına baxıram, səsin kal, danışığın bərbad, yerişin bərbad, sən kimin aktyorusan, haradan çıxmısan sən? Ssenaristliyinə bir söz deyə bilmərəm, bəlkə, qələmin güclüdür. O da hələ sual altındadır. Modelliyə gəldikdə isə bilmirəm, 1,50-sən, 1,45-sən, hansı modellikdən danışırsan? Çıx bayıra. Qovdum onu, düzdür, sonra pis oldum ki, hamının yanında pərt etdim onu. Ancaq haqlı etdim.

Deyir, mən filankəs müəllimin tələbəsi olmuşam. Filankəs müəllim kim olub, de görüm bir mənə? Heç kim, yoldan keçənin biri. Burada bir akademiya var. Araşdırdım, baxdım, görüm bunlar kimlərdir belə? Ay camaat, heç olmasa, bu “akademiya” dediyiniz obyektin bakalavrını oxuyun, sonra akademiya açın.

Sənətimizi o qədər ucuzlaşdırırlar ki, hər yoldan keçən, evindən-eşiyindən bezən gəlir aktyor olur, niyə? Gedin işinizlə məşğul olun. Həvəsin varsa, gəl, bunun təhsili var, yaradıcılığı var. Sən bir telini daramaqla, saqqal saxlamaqla aktyor oldun? Çox aqressivəm o insanlara qarşı. Bir həkim dostum var, deyir, rol olsa, məni də çağırarsan. Deyirəm, ay qardaş, sən xəstəni verirsən, mən onu kəsib-doğrayım? Bir dostum da var, obyekt işlədir. Deyir, bir filmdə imkan olsa, mənə şərait yaradarsan da. Niyə, qardaş? Gül kimi işin var, işini işlə də”.

Səfərov sosial şəbəkələrdə müəyyən izləyici kütləsi topladıqdan sonra aktyor kimi fəaliyyət göstərən bloqerlər, modelləri də ələkdən keçirib: 

“Mənim aləmimdə onları aktyor adlandırmaq düzgün deyil. Sən bloqersən, aktyor sənətinin məktəbi var. Baxıram, xarici bloqerlər, sosial şəbəkə istifadəçiləri hansısa bir videoçarx paylaşanda bir məna var. Bizimkilər nə edirlər? Adam yeməyi qoyur qarşısına, başlayır gic-gic danışmağa. Amma baxırsan ki, trenddədir. O, insanlar bir az hər şeyin yerini bilsələr, mənasını bilsələr, daha yaxşı olar.

Aktyor əlçatmaz olmalıdır. İndi aktyorlar da adiləşiblər. Türk seriallarında, filmlərdə əksər hallarda modellərə üstünlük verirlər. Amma onlarda sistem tamam başqa cürdür. Onlar artıq bir il müqavilə bağlayıb hazırlaşırlar, öyrənirlər. Azı bir ildən sonra bu adam layihəyə çəkilir. Bizdə isə əksinə… Hamısına şamil etmək istəmirəm, ancaq bir-iki dırnaqarası rejissor var, serial çəkir guya, yoldan keçənin birini çıxarır ekrana. 

Aktyor kimi qeyri-peşəkarlarla çalışmaqdan biz də əziyyət çəkirik. Bir tərəf-müqabili kimi səndən nəsə almalıyam ki, nəsə ötürə bilim. O hissi ala bilməyəndə mən də rolumu oynaya bilmirəm axı. Düşünürlər ki, bir az yaraşığı varsa, hə, deməli, bu obraza gedər. Nə məşq, nə başqa bir şey, çıxdın döyüşə. Amma bir çox seriallarımız var ki, orada sırf akyorlardır və aktyora qiymət də verirlər”.

Aktyor “Burada mənəm, Bağdadda kor xəlifə” deyən gənc aktrisalara da yerini bildirib:

“Mənəm-mənəm demək lazım deyil. Çalışsınlar ki, camaat onlar haqqında danışsın. O, iki kəlmə sözdür, mən də çox söz deyə bilərəm. Amma o sözün arxasında dayanmaq da var. Mən indi durum özümü tərifləyib dağın başına qoyum, bununla iş düzəlmir axı. Kastinqdə gedib balaca bir rola əl çalırıq, bitdi, bu oldu aktyor. Gəlin baxın, görün aktyorlar nələr yaradır, nə zülmlər çəkirlər”.

Rəşad Səfərov şəxsi problemləri ilə gündəmə gəlməyə çalışan sənət adamlarına “mətbəx”lərini açmamağı məsləhət gördü:

“Teatrda olmasın, başqa bir idarədə olsun, çətin, qarışıq situasiya ilə insan hər bir zaman rastlaşa bilir. Mən həmin aktrisa, aktyorlara üzümü tutub deyirəm ki, “xaiş edirəm, mətbəxinizi açmayın”. O teatrda olan bir hadisədir, hər yerdə olur belə şeylər. Bunu niyə açıb-ağartmaq lazımdır? Sən bunu deməklə nə əldə etdin ki? Sadəcə mübarizə apar, çalış, günahı birinci özündə axtar. Səni niyə sevmirlər? Niyə sənə badalaq vurmağa çalışırlar? Bəlkə, sən, doğrudan da, ona layiqsən. Mənim də başıma gəlib belə şeylər. Elə film olub ki, mən təsdiq olunmuşam filmə, artıq gəlirəm müqavilə bağlamağa, bir gün qabaq zəng edirlər ki, sizinlə işbirliyimiz artıq bitdi, biz başqa aktyor çağırdıq. Nomal şeylərdir, ilk vaxtlar çox pis olurdum – niyə belə oldu, niyə belə edirlər, bəs mənim hisslərim? Sonra artıq “sırtılmağa” başladım. Artıq belə şeyləri normal qəbul etməyə başladım.

Dilşad Bəhruzqızı 

Oxu.az

Bu yazılara da göz atın...