Filipp Kirkorov Moldovaya buraxılmayıb – VİDEO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Rusiyalı müğənni Filipp Kirkorov Moldovaya buraxılmayıb. Ona respublika ərazisinə girişinə icazə verilmədiyi deyilib, ancaq motiv göstərilməyib.

Məlumata görə, Kirkorov Moldova deputatı Marina Tauberin müxalif “Şor” partiyasını qeyri-qanuni maliyyələşdirməsi ilə bağlı məhkəmə işində əsas şahiddir və siyasətçinin bir qrup vəkilinin təkidi ilə ölkəyə dəvət edilib. 

Müdafiə tərəfinin fikrincə, hakimiyyət ədalətə mane olur və onlara problemlər yaradacaq həqiqəti deyəcəyindən qorxduğu üçün Kirkorovu ölkəyə buraxmır.

Qeyd edək ki, Marina Tauber “Şor” partiyasının maliyyə hesabatında iyunun 19-da Kişineuda kütləvi tədbirlərin təşkili xərcləri göstərilmədiyi üçün ötən həftə saxlanılıb. Həmin tədbirə Filip Kirkorov və Alişir Morgenştern dəvət olunmuşdular. Müstəntiqlərin fikrincə, ifaçıların hər birinə 260 min dollar (442 min manat) ödənilib. Həmin gün konsert hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ləğv olunub. Tauber isə deputat toxunulmazlığından məhrum edilib və 30 sutka müddətinə həbs olunub.

Mənbə: İzvestiya

Oxu.az

Bu yazılara da göz atın...