Home CƏMİYYƏT Zəfər Bayramınız Mübarək!

Zəfər Bayramınız Mübarək!

by xeberleraz
27 views

Azərbaycan xalqının dəyərli və xeyirxah insanları,yetərincə tanınmış şəxsiyyətləri haqqında təbrik və şeir yazmagı özümə borc bilirəm. Xalqımızın dəyərli və əziz oglu, necə-necə Vətən övladlarına köməklik edən, dostluq edən, onlara kömək əlini uzadan,cınıq könüllərə ilham verən, insanın insan tək qədrini bilən, bütün cətinliklərə sinə gərən, vətənpərvər Azərbaycan oglu Dostluq Məşəli cəmiyyətinin üzvü, uzun müddət rəhbər vəzifələrdə işləmiş, “Azərsun” holdinqin məsul işçisi Akif Əsgərovu Zəfər Bayramı münasibətilə ürəkdən təbrik edir, can saglıgı, işlərində ugurlar arzulayıb, hörmət və ehtiramımı poetik şəkildə bildirirəm..

Sizin təmiz ürəyiniz, nəgməylə bəzənsin, şeirlə gülsün.
Ömür payını sevinclə yaşa!

Akif Əsgərova Zəfər sovqatı

 

Xeyirxah insan

Ana Vətəninə baglıdır canı,
Kəlməsi şad edir, hər bir insanı,
İnamla ucaldı,şöhrəti-şanı,
Fitrətdən Tanrıdır dayagı onun.

Zatən sındırmayıb bir qəlb dünyada,
Əməli köməkdi yaxına-yada,
Mübhəm layiq olub o,yüksək ada,
Azərbaycan olub ocagı onun.
Nəzakət,ləyaqət əzəməti var,
Əhdə vəfalıdı sədaqəti var,
Millətə xalqına məhəbbəti var,
İnan,düzlük olub maragı onun.
Ziyalı insandır hər işdə uzman,
İbrətdir hamıya o, zaman-zaman,
Nədərdir kəramət göstərir hər an,

Hörmətdir izzətdir növragı onun.
Örnəkdir əvvəldən saleh işilə,
Ruha qida verir saf vərdişilə,
Müdriklik göstərir pak gedişilə,
Əhəmiyyət kəsb edir soragı onun.
Təməli qoyulub halallıq ilə,
Labuddür düz sözü gətirir dilə,
İyanət eyləyir obaya-elə,

Şami səhər yagır cıragı onun.
Əzəl gözəllik var, öz dünyasında,
Xarüqə yaradır söz dünyasında,
Sadə,səmimilik gəz dünyasında,
İstərki,hey gəlsin qonagı onun.
Yaxşı işlər görüb, yaxşı ad alıb,
Yüksəlib şövq ilə, hər an ucalıb,
Əməklə,zəhmətlə bu cür iz salıb,
Tükənmir səxavət bulagı onun.
İdrakı,günəştək bir işıq saçar,
Dönməz məsləkindən düz amalı var,
İnsanlıq hər baglı qapını açar,
Ruzu bərəkətdir torpagı onun.

Səmimi salamlarla, dərin hörmətlə Fərman Borçalı

Bu yazılara da göz atın...